İraq qoşunları Kərkük şəhərini geri aldılar


İraq qoşunları Kərkük şəhərini geri aldılar
İraqın silahlı qüvvələri Kərkük vilayətinin eyniadlı inzibati mərkəzi olan Kərkük şəhəri üzərində tam nəzarəti ələ keçirdi. Bu haqda Sky News Arabia telekanalı məlumat verib.

Jurnalistlərin verdiyi məlumata görə inzibati binanın üstündə İraqın milli bayrağı dalğalanır. Hərbçilər şəhəri döyüşsüz geri alıblar. Əməliyyatın detalları barədə hələ ətraflı məlumat yoxdur. Həmçinin Kərküyün qubernatoru Nacim ad-Din Karimin taleyini nə gözlədiyi də dəqiqləşdirilir.

Bazar ertəsi gecəsi İraqın baş naziri Haydar al-Abadi əyalətdə əməliyyata başlamağa göstəriş verib. BMT-nin baş katibi Antoniu Quterriş İraq və Kürdüstanı böhranı çözməyə çağırdı.

ABŞ isə artıq vəziyyəti diqqətlə müşahidə etdiyini bəyan edib.

Yenises.ru


Bir cavab yazın