İraqın baş naziri istefaya getməyə razılıq verdi


İraqın baş naziri  istefaya getməyə razılıq verdi
İstefaya göndərilən İraqın baş naziri Nuri Maliki hökümət başçısı postu uğrunda mübarizəsini də dayandırıb. Bu barədə Reuters agentliyi yerli televiziyalara istinadən məlumat yayıb.

Xatırladaq ki, o, əvvəllər baş nazir pistu ugrunda mubarizə aparacağını bəyan etmişdi. Maliki Nazirlər kabinetinə rəhbərlik edəcək Heydər al-Abadini dəstəklədiyini bildirib.

Malikini baş nazir postunu daha çox kompromist fiqur olan birinə güzəştə getməyə məcbur ediblər. Bağdadda bu kadr yerdəyişməsinin hökümətdə yenə koalisiyanın yaranmasına yol açacağına və islam inqilabçılarının öhdəsindən gələcəyinə umid edirlər.

11 avqustda İraq prezidenti, etnik kürd əsilli Fuad Masum Nuri Malikinin yerinə Haydar al-Abadini baş nazir postuna təyin edib. Sabiq baş nazir hökümət başçısını konstitusiyanı pozmaqda günahlandırıb. Malikinin sözlərinə görə prezident baş nazirliyə namizədlik təklifini uzadaraq bunu ölkənin əsas qanunu ilə əsaslandırıb.

Hazırda ölkədə “İslam dövləti” qruplaşması üzvləri ilə müharibə gedir. Radikallara İraqın bir neçə şəhərini nəzarətə götürmək müyəssər olub. 10 iyunda Mosul, sonrakı gün Tikrit, daha nir neçə gün sonra isə Bağdada yaxınlaşmışdılar.

3 avqusta İŞİD üzvləri iki nəhəng neft yatağını ələ keçirmiş, sonra ölkənin iri su anbarını zəbt edərək, onu dağıtmaqla İraqın böyük şəhərlərinisu altında qoymaq təhlükəsi yaratmışlar.

İraq hökümətinin yardımına ABŞ əsgərləri gəlib. Avqustun 8-dən başlayaraq Amerika hərbi qüvvələri “İslam dövləti” döyüşçülərinin mövqelərinə üç dəfə zərbə endiriblər.

/Yenises.ru/


Bir cavab yazın