İsrail Türkiyədən üzr istədi
İsrailin baş naziri Binyamin Netanyahu Mavi Mərmərə basqını ilə bağlı Türkiyədən üzr dilədiyini açıqlayıb. Netanyahu: “Mavi Mərmərə basqını əlaqələrimizi pozduğu üçün təəssüf edirəm”-deyib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan üzrü qəbul edib.
“Reuters” informasiya agentliyi münasibətlərin normallaşması mövzusunda Netanyahu ilə eyni fikirdə olduğunu bildirib.
ABŞ prezidenti Barak Obama baş nazir Rəcəb Tayyib Ərdoğan ilə İsrailin baş naziri Binyamin Netanyahunun bu gün telefonla danışdıqlarını açıqlayıb.
Bu telefon danışmasına vasitəçilik etdiyi anlaşılan Obama “”Bölgənin təhlükəsizliyi və əmin-amanlığı üçün iki ölkə arasındakı əməkdaşlığın inkişafına böyük əhəmiyyət verirəm””- deyib.
Leyla Bayramova
/Yenises.ru/
“