İsrailli jurnalsitlərə Türkiyənin Taksim meydanında hücum etdilər
İsrail televiziyasının “Reşet-13″” kanalının İstanbula ezam olunmuş xəbər komandası Türkiyənin Taksim meydanında kütlələr tərəfindən döyülüb. Jurnalistlər İsrail ilə Türkiyə arasındakı böhranı işıqlandırmaq üçün İstanbula göndəriliblər. İsrail KİV-nın verdiyi məlumata görə jurnalistlərə hücum edənlər “”İsrailliləri öldürməyə gəlmişik””-deyə bağırırlarmış.
“”Bizim müxbir Okad Hemo və icraçı prodüser Oded Bino yaxşıdırlar, onlara heç bir tibbi yardım gərək olmayıb və jurnalistlərimiz işlərini davam etdirirlər””-deyə telekompaniyadan xəbər verilib.
“”EADaily””-nin məlumatına əsasən dünən Türkiyə Xarici İşlər Nazirliyi İsrailin İstanbuldakı konsuluna “”bir müddət”” yəhudi dövlətinə dönməsini tövsiyə edib. Fələstinin Qəzza şəhəri ətrafındakı hadisələrdən sonra Ankaranın tövsiyyəsi ilə Türkiyə ərazisindən İsrail diplomatının faktiki çıxarılması iki ölkə arasında münaqişənin yeni dalğasının göstəricisidir.
İsrailin İstanbuldakı baş konsulu Yossi Levi Saffrey dünən gecə Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb və ondan ölkəni tərk etməsi istənilib. Bu eyniylə daha əvvəl İsrailin Türkiyədəki səfirin Eitan Naveyə də ölkədən çıxmaq tövsiyyə edildiyi formasında təkrarlanıb.
Yenises.ru“