İvanaşvili və Saakaşvili ümumi dil tapdılar
Gürcüstanın baş nazir postuna namizəd, parlament seçkilərini qazanmış “ Gürcü arzusu” partiyasının lideri Bidzina İvanaşvilnin xarici siyasətlə bağlı düşüncələri ölkə prezidenti Saakaşvilininki ilə üst-üstə düşür.
“Bizim strategiyamız Avropa və Avroatlantikaya inteqrasiya etməkdir”-deyə İvanaşvili Saakaşvili ilə görüşündən sonra deyib. İvanaşvili xarici siyasətdən başqa ayrı mövzular haqqında danışdıqlarından söz etməyib.
Gürcüstan prezidenti ilə görüş sülh şəraitində keçib və Saakaşvili “Gürcü arzusu” qalib gəldikdən sonra hakimiyyəti dinc yolla onlara verəcəyini söyləyib. “Bu görüş göstərdi ki, biz mədəni xalqıq”-deyib İvanaşvili.
Bu gün Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze jurnalistlərə bildirib ki, gürcü höküməti milli maraqlara xələl gəlmədən Rusiya ilə münasibətlər qurmağa hazırdır. Bundan əvvəl də Ivanaşvili Gürcüstanın Rusiya ilə dostluq münasibətlərini maksimum iki il müddətinə qaydaya salacağını demişdi.
/Yenises.ru/