İyulun 1-dən Rusiyada qüvvəyə minən qanunlara görə…


İyulun 1-dən Rusiyada  qüvvəyə minən qanunlara görə...
Bu gündən etibarən mənzil kommunal xidməti xərcləri 5 faiz artır. Regionlardaki hakimiyyət orqanları MKX tariflərini istədiklər kimidəyişdirə bilməyəcəklər.

Bu il bütün ölkədə MKX ciddi ödəmə sisteminə keçirilr. Əsas dəyişiklik ondadır ki, yerli hakimiyyət orqanlarına kommunal xərclər üçün ən yüksək tarif həddi qoyulub, onlar atrıq bu həddi keçə bilməyəcəklər. Hər bir regiona görə xüsusi koffisent ayrilib. tarif sıçrayışı ən çox Yakutiya və Kamçatkada, ən aşağı ölçü isə Şimali Osetiya üçün qərarlaşdırılıb.

Ekspertlərin bildirirlər ki, qanun kommunal xidmət ödəmələrini tənzimləyir. Bura su, işıq və isitmə sistemi daxildir. Ona görə 1 iyuldan əgər vətəndaşa fərqli ödəmə gələrsə,onu mütləq yoxlayıb aydınlaşdırsınlar.

KREDITLƏR ŞƏFFAF OLACAQ

Bu gün bir çox dəyişiklərlə “istehlakçı krediti haqqında”” qanun da qüvvəyə minir. İndi vahid kerdit müqaviləsinə keçiləcək və orada kreditin dəyəri açıq şəkildə, həm də böyük hərflərlə göstəriləcək.

Daha bir dəyişiklik-vətəndaşalr kiçik kreditlərdən iki həftə, böyük kerditlərdən isə bir ay ərzində imtina edə bilərlər. Anladın ki, bir şeyi kreditlə əlimyandıda aldın və… Aldığını və krediti qaytar! Sadəcə faktiki qazanılacaq faizi ödəyəcəksən.

Bu qanunda axır ki, bankirlərin də iştahını məhdudlaşdıran “”menyu”” var. İndi bu və ya digər banklar faizi bazar məzənnəsindən 3 dəfədən artıq qalıdra bilməzlər. Msələn, Mərkəzi Bankın ipoteka üçün qoydugu məzənnə 12,2 faizdir. Ona görə yaşayış krediti üçün banklar 16 faizdən artığını fiziki olaraq verə bilməzlər. Bu kreditlərin bütün formalarına aiddir.

LOTERYANI DÖVLƏTLƏ OYNA

Yeni qanuna görə lotereyalar da dövlətin monopolyasına keçir.

Dövlət şans oyunları biznesini öz monopoliyasına keçirməyi qərara alib. Bu gündən (iyulun1-dən) Rusiyada bütün xüsusi lotereyalar qanunsuz hesab ediləcək. Ekspertlərin fikrincə son zamanlar ölkdə lotereya bazarında bir xaos hökm sürürdü. Müxtəlif şans oyunları oynanan-loteryalar üçün 4 min lisenziya verilmişdi.

İndi şansa oynamaq istəyən və inanan dövlət operatorunun əliylə qazana bilər. Xatərladaq ki, hazırda üç dövlət lotereyası var: “”Sportloto””, “”Qosloto”” və “”Pobeda””.

ÖZƏL UŞAQ BAGÇALARINA YAŞIL İŞIQ

Onlara güzət edildi. Rusiya höküməti çox nadir hallarda vergilərdə güzəştə gedir. Lakin uşaq bağçaları üçünbunu bir istisna saymaq olar. İyulun 1-dən kommersiya hesablı bağçalar vergiyə əlavə olunan 18 fazilik məcburi Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilir. Güzəşt heç də pis deyil. Əvvəllər bu güzəşt xüsusi təhsil ocaqlarına şamil eidlirdi. İndi endirimi məktəbəqər müəssisələrə də ediblər. Bu uşaqların bağça pulunun azalmasına təsir edəcək.

Bundan başqa yeni qanun özəl bağça açmaq biznesinə də stimul ola bilər. Nəzərə alsaq ki, Rusiyada bu xidmətin çatışmamazlığı hiss olunur. Hazərda uşaq bağçasına növbədə 2 milyndan çox gözləyir. Amma onu da diqqətdən qaşırmayın ki, rusiyalı uşaqların 0,5 faizi xüsusi bağçaya gedirlər.

“”ŞÖYÜŞ QANUNU”” VƏ YA JİRİNOVSKİ, AGZINI TUT!!!

VƏ NƏHAYƏT ƏN QALMAQAL YARADACAQ QANUN

Pantomim teatrı üçün bu qanun keçərlidirmi, əcəba, demək gəlir. Bu gündən, yəni iyulun 1-dən qüvvəyə minən qanuna görə senzurasiz-ədəbsiz, nalayiq sözlərin ictimai yerlərdə, kinolarda, konsertlərdə, teatr tamaşalarında işlədiləmsinə yasaq qoyulur.

Əgər ədəbiyyat, xalq yaradıcılığı və incəsənəti nümunələrinin ictimai ifası zamanı, teatr tamaşaları, mədəni-təhsil və ya möhtəşəm əyləncəli tədbirlərdə senzurasız söz və ifadələrdən istifadə edilər, qanun pozularsa buna gözə cərimə tətbiq eiləcək.

Qanunu pozanlar üçün cərimə təbii ki, onun xaraterindən asılı olaraq dəyişir. Lujnikidə “”ədəbsiz çaştuşka”” oxuaynların konsertinin təşkilatçıları və küçədə, parkda başına bir dəstə yığıb ədəbsiz mahnı oxuyanların cəzası özünəməxsus cərimə ilə hesablanacaq. Adi vətəndaşlar üçün bu məbləğ 2000-dən 2500 rubla kimi, səlahiyyətli olanlar üçün isə 4 mindən 5 min rubla kimi olacaq. Təşkilatçılar və hüquqi şəxslər üçün bu dəyər 40 minlə 50 min rubl arasında dəyişəcək.

Bu qanun tərkibində söyüşlü ifadələr olan kino və ya musiqi disklərinin satışı və prokatını da qadağan edir. Yeni qanundan əvvəl çəkilmiş kinolarda söyüşlü yerlərdə səs kəsiləcək. Personajin dediyini dodağından oxumaqsa mümkünlüyünü saxlayır.

Qanunun geriyə qüvvəsi çatmır, çatsayadı Jirinovski indiyə kimi işlətdiyi ədəbsiz kəlmələrə görə müflis olardı.

/Yenises.ru/”


Bir cavab yazın