JEM-nin sədri Ceyhun Musaoğlu: “Biz Ermənistanı Rusiyanın caynağından qurtamalıyıq”
Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu millət vəkili Azay Quliyevin ATƏR-in Minsk Qrupu üzvü olan ölkələrin hamısının iştirakı ilə iclas çağırılması təklifini Yenisəs.ru-ya şərh edib.
Uzun illərdir Qarabag probleminin həllində bir nəticəyə nail olmayan ATƏT-in Minsk qrupunu tam tərkibdə bir stola oturdub onlardan hesabat istənməsi mövqeyinə xidmət edən təklifi analiz edən JEM rəhbəri “indiki məqamda Minsk Qrupunun üzvü olan 11 dövlətin bir araya gələrək, Azərbaycanı dinləməsi hadisə olar”- deyə qiymətləndirib. O, dünyanın geosiyasi xəritəsində dəyişikliklərin baş verdiyinə diqqət çəkərək “Biz Ermənistanı Rusiyanın caynağından qurtarmalıyıq. Dünyaya, o cümlədən Ermənistana inandırmalıyıq ki, bizsiz onlar heç kimdi”-fikrini dilə gətirib.
Ermənistanın mütəffiq olan Rusiyaya qarşı kəskin mövqe tutan C. Musaoğlu onsuz da Rusiyanın gec-tez təklənəcəyini vurgulayaraq, əlavə edib ki, dünyada Qərblə hesablaşmayan cəmi 3 dövlət qalıb – Rusiya, İran, Çin. Şimali Koreyanı içindən dağıtmaq mümkündü deyə, onu bu sıraya qatmır.
“Putin min oyundan çıxır ki, bizim prezident onun üzünə gülsün. İkinci tərəfdən Suriya məsələsində Rusiya Qərbi incitdi. Artq Putin rejiminə qarşı münasibət mənfiyə doğru sürətlə dəyişir. Bu seçkidən sonra Azərbaycan açıq şəkildə qərbyönümlü siyasət yürütsə, Rusiyaanın əyaləti olan Ermənistana dəstək verməkdə Avropa dövlətləri içərisində tərəddüd yaranacaq”. Bu sözləri də yuxarıda adıçkilən təklifi şərh edərkən deyib C. Musaoğlu.
Azərbaycanın regionda iqtisadi durumunun yüksək olması amilini gözdən qaçırmayan mərkəz rəhbəri qeyd edib ki, Azərbaycanın pulu çoxdur. “Qoy 11 ölkə bunu bilsin. Biz bu pulu alnımızın təri ilə qazanmışıq. Bir patron səsindən belə qorxan məşhur neft şirkətlərinə “Sizin borunuz deşilməyəcək” əminliyi yaşatmışıq, Gürcüstana pul vermişik, Belarusun çökməkdə olan və ölkənin iqtisadiyyatına bir başa təsir edən yaralı şirkətlərini ayağa qaldırmışıq, Türkiyəyə həmişə ucuz qaz satmışıq. İndi isə Ermənistana əlimizi uzadırıq. Onlara Şuşada yaşamaq haqqı tanıtdırırıq. Yüksək vəzifələrə çəkilmək şansı veririk. Azərbaycan Rusiyadan daha çox Ermənistanın yanında ola bilər. Bizim məqsədimiz qonşumuzda baza saxlamaq deyil, bizim məqsədimiz qonşunun rahat gününü görməkdir ki, zarıldayıb qanımızı qaraltmasın”-deyən C. Musaoğlu bu fikirdədir.
Tünzalə Vəliqızı
/Yenises.ru/
“