Jurnalist Fuad Abbasov işdən çıxarıldı -O , hamiya qarşı tək dayansa da…


Jurnalist Fuad Abbasov işdən çıxarıldı -O , hamiya qarşı  tək dayansa da...
Fuad Abbasov-hamıya qarşı tək dayanan jurnalsit…

Rusiya medaiməkanında olayların gedişatından asılı olaraq Rusiya-Türkiyə arasında bohrana səbəb olmuş məlum Su-24 təyyarəsinin vurulmasından bu yana təktərəfli informasiya hücumları qarşısnda tək dayanan jurnalist Fuad Abbasovu “İhlas” agentliyi işdən azad edib.

Bu xəbəri jurnalist şəxsi Facebook səhifəsindən paylaşıb.

“1997-ci ildən bu yana işlədiyim Türkiyənin “İhlas Haber Ajansı”nın rəhbərliyi Moskvadaki işimə son verməyi qərara aldı. Mənə göndərilən rəsmi məktubda “İşlərin orada istədiyimiz kimi getməməsi” səbəb göstərilib”.

Fuad Abbasov onların hansı işlərdən bəhs etdiyini və nə istədiklərini anlamadığını bildirib. “Son 6 ay ərzində Rusiyanın müxtəlif qəzet, internet saytları, radio ve televiziyalarda 50-dən çox çıxışı olduğunu vurğulayan Fuad Abbasov,- heç bir qarşılıq gözləmədən Su-24 böhranından sonra Türkiyənin mövqeyini Rusiyada müdafiə etmək başlıca “işim” olub-deyə yazıb.

Jurnalist onu da təəssüf hissi ilə qeyd edib ki, buradakı məsləkdaşları onun bu addımını təqdir etsələr də, çox zaman tənbehləyərək – “Boş ver Rusiya-Türkiyə ilişkilərini, işindən olarsan, kimsə sənə sahib çıxmaz” sözləri olub.

“Xəbər agentliyimizin içində çox güvəndiyim insanlardan Rusiyadakı işimə son verilməsi qərarının, Moskvadan gələn tələb qarşılığında olduğunu öyrəndim. Təbiidir ki, buna çox sevinənlər var.

Çunki son 6 ay boyunca Türkiyəni Rusiya mediasında müdafiə edən, Rusiyada açılan PYD təmsilciliyinə qarşı çıxan, PKK-nın Moskvadaki fəaliyyətlərini tənqid edən, Rus siyasətçilərini Türkiyəyə qarşı düşüncələrinin yalnış olduğunu Rusiya ictimaiyyətinə çatdıran başqa heç kim yox idi”.

Fuad Abbasov sevinənlərə qoşularaq, ən əsası mənim üçün əndişə edən, gecələr gözünə yüxu getməyən anam rahat yatacaq-deyə ona qarşı olan haqsızlığa belə cavab verib.

Fuad Abbasov fikrini “Allah şəhidlərimizə rəhmət eləsin, Vətən uğrunda tökdükləri qan yerdə qalmaz, inşallah!- ifadəsi ilə bitirib.

Tünzalə Vəliqızı, Moskva
13.04.2016


Bir cavab yazın