Kənan Həmzəoğlundan “Terrormenia” sənədli filmi
“Dövlətə Dəstək Hərəkatı” “Terrormenia” adlı sənədli filmini təqdim edib. Erməni terrorundan bəhs edən sənədli filmdə 1896-cı ildən 2020-ci ilə qədər olan hadisələr əhatə olunub.
Filmin rejissoru və ssenari müəllifi gənc tarixçi, “Dövlətə Dəstək Hərəkatı”nın rəhbəri – Kənan Həmzəoğludur. İngilis dilində altyazılı olan filmin hazırlanmasında Azərbaycan Respublikası Xarici işlər Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin məlumatlarından həmçinin tarixi faktlardan istifadə olunub.
Filmlə bağlı Kənan Həmzəoğlu Facebook hesabından bu fikirləri paylaşıb: ”Bu film erməni terrorunu ifşa etmək və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə hazırlanıb. “Terrormenia” ermənilərin başını yaman ağrıdacaq. Onlar yəqin ki, təşkilatlanıb filmi kütləvi şəkildə şikayət edəcəklər. Bu məqamda isə biz gənclərimizin dəstəyinə arxalanır, onlardan “Terrormenia”nı xarici ölkələrdə yaşayan dostları ilə paylaşmağı xahiş edirik”.