Kadırov Makrona qarşı mövqeyinə görə vəzifədən getməyə hazıram deyib


Çeçenistan prezidenti Fransada Məhəmməd peygəmbərin karikaturasının göstərilməsi, prezidentiin müsəlman dininə ironiya ilə yanaşmasını kəskin təndiq edərək, Makronu terrorçuların llideri adlandırıb. Kadırovun bu mövqeyi RF prezidentinin mətbuat katibi Dmitri Peskovu yumşaq desək qəzəbləndirib. O da öz növbəsində Rusiyanın xarici siyasətini subyekt (Çeçenistan nəzərdə tutulur) başçısı deyil , ölkə prezidenti müəyyən edir-deyib.

Ramzan Kadırov mövqeyindən geri çəkilməyəcəyini və bundan ötrü vəzifəsindən belə getməyə hazır olduğunu bildirib.

Çeçenistanın başçısı Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makronun tənqid edtiyinə görə vəzifədən getməyə, buan görə canını verməyə hazır olduğunu bəyan edib. Bu haqda o öz Telegram kanalında yazıb.

Kadırov onu da bildirib ki, Makrona qarşı dediyi sözləri təkrar etməyə və bunu lazım gələrsə min dəfə deməyə hazırdır. “ Öz dinini hədsiz sevən və Müqəddəs Quranda yazılanlara ciddi riayət edən bir insan kimi bu mənim haqqımdır”-deyə Çeçenistan rəhbəri yazıb. Onu da əlavə edib ki, “Allahsızların dini ələ salmasını” sakit izləyə bilməz.

Kadırovun Fransa prezidentinin ünvanına söylədiyi fikrə münasibət bildirən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovla razılaşmadığını isə belə ifadə edib. “Ölkədə kimin xarici siyasətlə məşğul olduğunu mənə öyrətmək lazim deyil, bunu özüm bilirəm”.

Çeçensitan başçısı onu da izah edib ki, o Makrona qarşı mövqeyini öz dinini sevən müsəlman kimi bildirib, siyasətçi kimi yox. Kadırovun fikrincə, Peskov onun sözlərini fikir bildirəndə bunu nəzərə almalı idi.

Bir müddət əvvəl Peskov Kadırovun Fransa prezidentini terrorçuların lideri adlandırmasına münasibət bildirmişdi.

Kadırov hesab edir ki, Paris ətrafında müəllimin qətl edilməsinə də məhz “Məhəmməd peygəmbərin karikaturasnı yaymaq kimi hərəkətlət zəmin yaradıb.

Yenises.ru


Bir cavab yazın