Kadırov prezidentliyi Donbasda döyüşməyə dəyişəcək, əgər…
Çeçenistan prezidenti Donbasda döyüşmək xatirinə hakimiyyətdən əl çəkməyə hazir olduğunu bildirib.
NTV-yə müsahibəsində prezident postunu buraxıb Donbassda könüllülərə kömək etməyə hazır olduğunu bəyan edən Ramzan Kadırov Putindən izn almaq gərəkdiyini də dilə gətirib.
“Bez kupyer” proqramına müsahibəsində o, -“Donbassa gedib orada vuruşan insanların maraqlarını müdafiə etmək üçün RF prezidenti Vladimir Putindən istefamı xahiş etməyi düşünürəm”,- deyib.
Haqqında cinayət işi açılması və Kiyevin onu beynəlxalq axtarışa verməsi təhdidi ilə bağlı suala cavabında isə Çeçenistan lideri ,- “Onlar, (Ukrayna höküməti) hər nə haqqında desən boş –boş danışa bilərlər”-deyə əlavə edib.
12 dekabrda “Smert”(“Ölüm”) çeçen batalyonunun komandiri Stinger RBK-ya açıqlamasında bildirib ki, hələlik çeçen könüllüləri Donbassı tərk etmək fikrində deyillər. “Bizim elə bir məqsədimiz yoxdur. Ölkəmizin başçısı Ramzan Kadırov bizi geri çağırmayana qədər qələbəyə kimi vuruşacağıq”-deyə o zaman Stinger söyləyib.
/Yenises.ru/