KIV: Miqrantları moskvalıların gözündə insan edəcəklər
Moskvada miqrant və ya qastarbayter deyilən gəlmələri insan gözündə görməmək məlum faktdır. Bu problemi çözməyin yolunu hökümət miqrantların da insan olduğunu moskvalılara anlatmaqda görürlər.
Moskva meriyası bununla bağlı proqram həyata keçirməyi planlaşdırır. Belə ki, hökümət miqrantlar haqqında sosial reklamlara hazırlaşır. Onlarla reklam taxtasında, televiziya və internet videoçarxlarında, radiosujetlər və vərəqələrdə ksenofobiyaya qarşı reklamlara meriya 10 milyon rubldan çox vəsait xərcləməyə hazirdir. Bu haqda “İzvestiya” yazır. Ötən il Moskva meri Sergey Sobyaninin təsdiq etdiyi millətlərarasında pozitiv və xeyirxah münasibətlər proqramına yardım etmək üçün bu il 100 milyon rubl ayrılıb.
Proqram çərçivəsində şagirdlərə təqaüd ayrılması, “Kuzminki ” parkında etnikkənd yaradılması nəzərdə tutulub. KİV və reklamlar departamenti xaricilər haqqında 20-yə yaxın klip hazırlayıb. Milli siyasət departamenti tərəfindən sifariş edilmiş sosial reklamların məqsədi etniklər arasında dialoqu gücləndirmək, ekstremizm, ksenafobiya, millətçilik və dini dözülməzlik əleyhinə çıxmaqdır.
Bu seriyadan olan reklamlar yüksək stildə və bir şüarı olacaq. Marketinqlər stereotipləri qırmağın yeganə yolu miqrant obrazını “insanlaşdırmaq” olduğunda görürlər.
Bu da sənə bərabərhüquqlu cəmiyyətdə yaşayıb, siniflərin ləğv olunmasını göstərən XXI əsr özəlliyi.
/Yenises.ru/