Kosovada serblərlə polis arasındakı toqquşmada onlarla insan xəsarət aldı


Kosovada   serblərlə polis arasındakı toqquşmada onlarla insan  xəsarət aldı

Reuters agentliyinin verdiyi məlumata görə Kosovoda serblərlə polis arasında çıxan toqquşmada 50-dən artıq adam xəsarət alıb.

Polisin verdiyi məlumata görə 70 nəfər serb gənclərindən ibarət qrup Kosovo döyüşünün 623-cü ildönümünü qeyd etmək üçün Qazimestana gəlib. Paytaxt Kosovo yaxınlığında polislər “sərxoş” olduqları və özlərini “aqressiv” apardıqları üçün yeniyetmə gənclərdən Serbiyaya geri dönməy tələb ediblər. Gənclər polislərə daş atmağa başalyıblar.

Həticədə 50-dən artıq adam müxtəlif dərəcəli xəsarət alıb. Toqquşmada iştirak edənlərdən 20-si, o cümlədən polislər xəsətəxanaya yerləşdiriliblər.

Kosovo 2008-ci ildə Serbiyadan ayrılaraq müstəqillliyini elan edib, lakin əhalinin 90 faizini təşkil edən albanlarla azlıqda qalan serblər arasında millətlərarası gərginlik yaşanmaqda davam edir.

/Yenises.ru/


Bir cavab yazın