Kratovolu nişançı zərərsizləşdirildi
Moskvaətrafı Kratovoda atışma törədən kişi zərərsizləşdirilib.Bu haqda RİA Novosti-yə hüquq-mühafizə orqanlarından məlumat veriblər.
“Xüsusi əməliyyat nəticəsində şübhəli şəxs zərərsizləşdirilib””-agentliyin sözçüsü deyib.
Moskva vilayəti DİN baş idarəsi “”kratovolu nişançının”” zərərsizləşdirildiyi məlumatını təsdiq edib.
“” Rusiya DİN və Rosqvardiya əməkdaşlarının birgə hərəkəti sayəsində zərərverənin yerini təsbit etmək mümkün olub. Onu saxlayan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərdiyi üçün öldürülüb “”-deyə DİN-nin rəsmi nümayəndəsi məlumat verib.
Qeyd edək ki, bu son bir həftədə ikinci qanlı hadisədir. Bir neçə gün əvvəl Tverdə də 9 nəfərin ölümü ilə nəticələnən belə qanlı olay baş vermişdi.
Yenises.ru“