Kreml Putinin Helsinkidə Trampla görüşəcəyini istisna etmir


Kreml Putinin Helsinkidə Trampla görüşəcəyini istisna etmir
Razılıq əldə olunduğu halda Rusiya prezidenti Vladimir Putin və ABŞ-lı həmkarı Donald Trumpın Helsinki sammitində təkbətək görüşü baş tuta bilər. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Bir müddət əvvəl CNN xəbər vermişdi ki, Tramp Helsinki sammiti zamanı Putin ilə gizli söhbət aparmaq istəyir.

“Bu ilkin razılaşma, ilk ilkin anlaşma təsdiqini taparsa, o zaman əvvəlcə iki prezident Putin və Trampın göz-gözə görüşməsi olacağını istisna etmirik”” – Peskov deyib.

Onun sözlərinə görə görüşün bu formatı Rusiya prezidentinə uyğundur və onu həmsöhbəti üçün rahat olan istənilən varinatlar qane edir.

Yenises.ru


Bir cavab yazın