Kreml Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə razılaşması xəbərini təkzib etdi
Rusiya Donbassa sülhməramlı qüvvələrin yerləşdirilməsi ideyasına “heç vaxt qarşı çıxmayıb””, lakin onu mübarizə aparan tərəflər arasında müzakirə etmək lazımdır, Dmitri Peskov bəyan edib. Vladimir Putin bu ideyanı “”normand dördlüyü”” ilə müzakirə edib, lakin hələlik qəbul etməyib.
Rusiya prezidenti Vladimir Putun “”normand dördlüyü”” liderlərinin görüşü zamanı Donbasa sülhməramlı kontingentin yerləşdirilməsi fikri ilə razılaşmayıb. Bu haqda jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə sülhməramlı kontinget mövzusu həqiqiətən qaldırılıb, və “”Rusiya tərəfi heç vaxt sülhməramlı kontingent ideyasına qarşı çıxmayıb””. Lakin hələlik Rusiya iki səbəbdən bu qərarın əlehinə çıxış edir. Birincisi, bu məsələni münaqişə edən tərəflərin rəyini bilmədən detallı müzakirə etmək olmaz, ikincisi, ilk növbədə Minsk razılaşmasını yerinə yetirmək lazımdır.
Putinin Dombasa sülhməramlıların yerləşdirilməsinə razılıq verməsi haqqında informasiya aprelin 30-da Ukrayna prezidentinin mətbuat xidməti tərəfindən yayılmışdı. Məlumatda bildirilirdi ki, “”normand dördlüyü”” liderləri-Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Ukrayna lideri Petr Poroşenko və Rusiya prezidenti Vladimir Putinin telefon görüşməsində deyilir: “”Müzakirənin sülh ylu ilə həlli konteksində Putin Donbasa sülhməramlı kontingentin yerləşdirilməsi ehtimalı ilə razılaşıb””.
/Yenises.ru/“