Krokusda törədilən terror zamanı azərbaycanlı Kamil Nəsibov 100-dən çox insanı xilas edib


Ofisiant Kamil Nəsibov zərərçəkmişləri sürüyərək təcili yardım maşınlarına aparıb, 80-ə yaxın insanı çıxışa aparıb və təsadüfən fənər yandırılmış telefonu tapıb və zərərçəkmiş ona zəng edib. Qız alovlar içərisindən çıxarılıb.

Kamil Nəsibovun SHOT-a verdiyi məlumata görə, faciə günü dostu ilə birlikdə “Crocus”da yarım ştatda ofisiant işləyirmiş. İş növbələri saat 19:55 radələrində başa çatdı.

“Çölə çıxanda atışma səsləri eşidiblər. Kamil və dostu qorxaraq ən yaxın binaya qaçdılar. Ancaq sonra qayıtmaq qərarına gəliblər.

Kamil güllə yarası almış bir neçə nəfəri yolun kənarına sürüyüb, bir maşın saxladıb və onarı maşına mindirib. Axsayan yaşlı bi qadına da kömək edib. Konsertə gecikənlərin bir çoxunu oradan uzaqlaşamsına yardım edib..

Binada Kamil qapıları sındıraraq insanlara hara qaçacaqlarını göstərib.

“Hər şey tüstülənəndə aşağı mərtəbədəki dəhlizlərin birində bir qrup insanı, 80-ə yaxın adamı gördüm və onlara çıxmağa kömək etdim. İnsanları axtarıb qaçarkən yerdə fənəri yanmış smartfona rast gəldim və yolu işıqlandırmaq üçün onu götürdüm. Bu arada həmin telefona zəng gəldi – Kamilla adı yazılmışdı. Qız telefonda qışqırır, onu xilas etməyi xahiş edirdi. O, dəhşət içində idi və deyirdi ki, ətraf alov içindıədir və özü də ikinci mərtəbədən harasa düşüb.

Həmin an Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yanında olan Kamil hər şeyi izah edib, sonra özü güclü tüstüdən boğularaq binadan çıxarılıb. Xoşbəxtlikdən qız tapılıb.

Yenises.ru


Bir cavab yazın