LAMAya Crystal Hall” –da “Moscow-Baku” hitini oxumaq qismət olacaqmı?
Moskvanın mərkəzindəki paytaxt klublarının birində Bakıda doğulan Rusiyanın ekzoktik muğənnisi LAMA-nın yeni mahnısının təqdimatı keçirilib. “Moscow-Baku” adlanan yeni parça bu ilin Avroviziya müsabiqəsinə, onun doğma Bakı və indi yaşadığı Moskva şəhərlərinə həsr olunub.Layihəni beynəlxalq tərkibli musiqiçilər- Aleks Strayk ( musiqisi), Vad MeKum (sözləri) və moskvalı həmyerlimiz prodüser Kamal Bağırovun sıx çalışmaları nəticəsində başa gəlib. Xatırladaq ki, həmin mahnıdan muğam üsulubunda olan bir parçasnı Kamal Bagırov səsləndirir.
Yeni mahnı əfsanəvi ABBA qrupunun da mahıları yazılan İsveçin məşhur Сutting Room studiyasında yazılıb. Trekin istehsalının final ştrixlərini isə Roxette, Rammstein tanınmış qruplarla çalışan Вjom Engelmann təqdim edir.
Hitləri ictimai kütlə arasında geniş tanınmış LAMA konsert proqramı ilə çıxış edib. Səhnəyə öz qrupu ilə çıxan muğənninin canlı ifasına heç kimi laqeyd qalmayıb. O, “Zebra” böyük fitnes şəbəkəsinə, ona öz meydanında məşq etməyə yer verdiyi üçün təşəkkürünü bildirib.
Xatırladaq ki, bir müddət əvvəl evinin yaxınlığında mugənniyə hücum edilmiş, o zaman sənədləri, musiqi materiallari olan diski yoxa çıxmış və bir müddət səsini belə itirmişdi.
Amma LAMA nəinki sınmış, yenidən özündə güc toplayaraq yeni mahnısı “Moscow-Baku” da daxil olmaqla bir sıra musiqi parçaları yazdırıb.
Hamı onun əla professional formada olduğunu deyir.
Muğənni hazırda ingilisdilli hit mahnısı ilə xüsusi qonaq kimi “Avroviziya-2012”- müsabiqəsinə getməlidir, lakin sənədlırini almaq gecikdiyi üçün bu səfərin son məqamda baş tutmaması təşvişi var.
/Yenises.ru/