Lavrov Pan Qi Munun çıxışının montaj olunduğunu deyib


Lavrov  Pan Qi Munun çıxışının montaj olunduğunu deyib
BMT isə bu fikirləri şərh etməkdən imtina edib

Pan Qi Mun bugünkü çıxışında Suriya prezidenti Bəşər Əsədi insanlığa qarşı cinayətdə suçlayaraq, beynəlxalq ekspertlərin ölkədə kimyəvi silahdan istifadə olunması faktını təsdiqləyəcəyini bəyan etmişdi.

BMT Lavrovun Pan Qi Munun çıxışının montaj edildiyi haqqında dediklərini şərh etməkdən imtina edib.
“Biz bu kimi fikri şərh etmirik”-deyə İTAR-TASS-ın müxbirinə BMT baş katibinin rəsmi nümayəndəsi Farhan Hak deyib.

Videoyazı bir çox KİV-də Cenevrədə Lavrov və ABŞ dövlət katibi Jon Kerri arasında danışıqların qızğın vaxtında yayımlanıb.

“Sonra məlum olub ki, bu montajdır, amma nüfuzlu kanalda başdan-başa göstərilib. Əgər bu hər hansı gözlənilməz təsadufdürsə, əgər bu anlaşılmazlıq deyilsə, onda bu bizim Cenevrə danışıqlarımızı pozmaq üçün edilən cəhddir. Allaha şükür ki, bu baş tutmadı”-deyə bu gün RF XİN başçısı Sergey Lavrov bildirib.

Samirə Süleymanova
/Yenises.ru/


Bir cavab yazın