“Lokomotiv”” Putinin şəkli olan maykaya görə cəzalandırıla bilər”


"Lokomotiv"  Putinin şəkli olan maykaya görə cəzalandırıla bilər
“Lokomotiv””i yarımmüdafiəçisi Dmitri Tarasovun hərəkətinə görə cəzalandıra bilərlər deyə AR məlumat yayıb. Çempionlar Liqasının 16/1 final mərhələsində “”Lokomotiv”” in oyunçusu Türkiyənin “”Fənərbaxça”” komandası ilə qarşılaşmanın sonunda idman köynəyini çıxararaq Putinin şəkli olan “”Ən nəzakətli prezident”” sözləri yazılmış maykasını göstərib.

Mənbə onu da qeyd edir ki, UEFA təşkilatının himayəsi ilə keçirilən oyunlarda istənilən siyasi aksiyanı qadağan edir və buna görə Moskva klubunu cəzalandıra bilər.

Bundan əvvəl Tarasov Türkiyə ilə oyuna Putinin şəkli olan maykanı nə üçün geydiyini izah etmişdi: “”Mən prezidentimə hörmət edirəm və qərara aldim ki, hər yerdə onunla olduğumu göstərim””.

Qeyd edək ki, oyundan əvvəl Türkiyədə Moskva klubunun avtobusunu daşa basmışdılar.

/Yenises.ru/


Bir cavab yazın