London boksçularımıza “Davay do svidaniya”” etdi”


London boksçularımıza "Davay do svidaniya" etdi
London Olimpiya oyunları çərçivəsində keçirilən boks qarşılaşmasında rüsvayçılıq yaşandı. Türkmən hakim İhsanqul Meretniyazovun idarə etdiyi Azərbaycan-Yaponiya boksçuları arasındakı yarışmada hakimin pulla satın alındığı iddia edildi.

Yenises.ru-nun huriyyet.com.tr saytına istinadən verdiyi məlumata görə Azərbaycan boksçusu Maqomed Əbdülhəmidov yapon rəqibi Satoshi Shimizuya uduzsa da, oyunun hakimi onu xal hesabı ilə qalib elan edib.
Əls həngamə bundan sonra yaşanıb. Hakimin qərarından razı qalmayıb buna etiraz edən yapon yetkililərin təkidi ilə sorğu başlanıb. Yapon tərəf Azərbaycan idmançısının yerə yıxılanda qalxması üçün verilən vaxtın hakim tərəfindən uzadıldığına və xalların düzgün hesablanmadığına etiraz ediblər.

Onu da qeyd edək ki, idmançımız bu oyunda 6 dəfə yerə yıxılıb. Yaponların etirazı nəzərə alınaraq Shimuzi rinqdən qalib kimi ayrılıb.

Araşdırma aparan Olimpiya komitəsi Azərbaycan boks klubunun texniki heyətini və Türkmən boks hakimi İshanqul Meretniyazovu turnirdə iştirakdan kənarlaşdırıb.

Bu arada İngiltərə televiziyası Azərbaycan rəhbərliyinin Beynəlxalq Boks Federasiyasına 9 milyon dollar pul verdiyini və bunun sayəsində iki Azərbaycan bokçusuna qızıl medal vəd edildiyini irəli sürüb.

/Yenises.ru/


Bir cavab yazın