London II Yelizavetanın hakimiyyətdə olmasının 60 illik yubileyini bayram edir
Böyük Britaniyada kraliça II Yelizavetanın taxtda olmasının 60 illiyi ilə əlaqədar 4 günlük bayram tədbirlərinə başlanıb. Kraliçanı bu gün Epsomdakı at cıdırına aparacaqlar. Məlumdur ki, cıdır II Yelizavetanın hobbisidir.
Bazar günü bütün ölkələrin 1000 qayığından ibarət donanması kraliça II Yelizaveta və həyat yoldaşı şahzadə Filippin şərəfinə Temza boyunca 50 km keçəcəklər. Bu donanma karvanını II Yelizaveta özü və əri Filipp müşaiyət edəcək. Qayıq izdihamı son 350 ildə ən böuük izdiham olacaq.
Bazar ertəsi 4 iyunda isə kraliçanın iqamətgahı Bukingham sarayında populyar musiqilərdən ibarət konsert olacaq. Konsertdə Pol Makkartni, Elton Con və digər məşhur müğənnilər cıxış edəcəklər. Axşam isə bütün Böyük Britaniya və birlik ölkələrində kraliçanın şərəfinə 4200 şiqnal işıqları veriləcək.
Təntənənin kulminasiyası isə II Yelizavetanın kareta korteji ilə Londonun mərkəzindən Müqəddəs Pavel xatirə kilsəsi yanından keçməsi olacaq və 5 iyunda BBS Böyük Britaniya izdihamlı bayram paradı ilə bitəcək.
/Yenises.ru/