London Olimpiadasında bayraq qalmaqalı


London Olimpiadasında bayraq qalmaqalı

Otuzuncu yay Olimpiya oyunlarına sabah Londanda stat veriləcək. Olipiada başlamaış qalmaqalla gündəmə gəldi. Koreya Xalq Demokratik respublikasının qadınlardan ibarət futbol komandası təşkilatçıların səhvi üzündən meydana çıxmaqdan imtina ediblər.

KXDR ilə Kolumbiya komandalarının “Xepden Park” meydanına çıxan zaman ənənəvi Şimalı Koreya bayrağı əvəzinə cənubu qonşu olan Koreya bayrağı qaldırılıb. Bu haqda “Associated Press” məlumat verib.

Koreyalılar siyasi etiraz əlaməti olaraq meydanı tərk edərək, bir saat ərzində qarşılaşmada iştirak etməkdən imtina ediblər. Tədbirin təşkilatçıları dərhaı üzr istəyiblə. “Əlbəttə ki, bu bizim səhimizdir. Biz KXDR Olimpiya komitəsindən və komandadan üzr istəyirik” –deyə təşkilatçıların rəsmi bəyanatında deyilir.

Nəticədə koreyalılar meydana çıxaraq latin amerikalı həmkarlarının qapısından iki top keçiriblər.

Qeyd edək ki, Beynəlxalq Olimpiya komitəsi baş verən hadisədə cavabdehliyin təşkilatçıların üzərinə düşdüyünü bildiriblər. Beynəlxalq Olimpiya Komitəsi bu insdentdə heç bir siyasi motiv olmadığını da qeyd edib.

Xatırladaq ki, Olimpiyada oyunları rəsmən 27 iyunda aşılsa da yarışlara iki gün əvvəl stat verilməsi iştiraçıların çoxluğu ilə baglıdır.

/Yenises.ru/


Bir cavab yazın