Lujkovun xanımı Maliyyə nazirliyini məhkəməyə verdi
Moskva Arbitraj məhkəməsi Yelena Baturinaya məxsus “Setunsk” kompaniyasının Maliyyə nazirliyinə qarşı şikayətini qeydə alıb. Şikayət 23 sentyabrda daxil olsa da, hələ icraata götürülməyib.
Baturina neçə illərdir ki, dövlət orqanları ilə Minsk və Starovolınsk küçələrinin kəsişməsində yerləşən torpaq sahəsinə görə məhkəmədədir. “Setunsk” kompaniyası bəyan edir ki, bu ərazidəki torpaq sahəsinin 16 hektarı onlara məxsusdur. Həmin sahə 2003-cü ildə “Matveeyev” Qapalı Tipli Səhmdar Cəmiyyətindən (QTSC) alınıb.
Baturinanın kompaniyası əvvəlcə bu ərazidə “Setun-Xills” adlanacaq çoxfunksiyalı kompleks tikilməsini planlaşdırmışdı. Dövlət isə 1993-cü il prezident fərmanına görə bu torpaqda xarici səfirlik binası tikmək üçün tam hüququ olduğunu bildirir.
Baturina isə bu fərmanın qanunsuz olduğunu və “Matveeyev” QTSC-nin həmin torpağı prezident fərmanı çap olunmamışdan qabaq aldığında israrlıdır. Rusiya məhkəməsi onun tələbini qəbul etməmişdi. Axırıncı məhkəmə iyulda olmuş və Ali Arbitraj məhkəməsi dövlətin xeyrinə qərar çıxarmışdı.
Leyla Bayramova
/Yenises.ru/