Lukaşenko Rusiyadan şikayət etdi-təngə gəldik…
Qazda anlaşa bilməyən Belorus bunu Rusiyanın ona təzyiqi kimi dəyərləndirir.
Belorus prezidenti Rusiyanı təzyiq göstərməkdə günalanıraraq, o da öz növbəsidə Moskva ilə birlikdə olan interqrasiya layihələrində iştiraklarını azaldacaqlarıyla hədələdi. “Biz yerimizdə sayırıq-başqa cür demək mümkün deyil- neçə aydır ki, qazın qiymətində razılaşa bilmirik. Bununla yanaşı, Rusiya Belorusiyaya neft ixracını azaltdı. Biz bunu təzyiq kimi qəbul edirik””-deyə BelTa belorus liderinin sözlərindən sitat gətirib.
İnteqrasiya layihələri deyəndə-söhbət Avrasiya iqtisadi ittifaqından gedir. “”Əgər bu səpkidə davam edərsə, o zaman bu qədər məmuru saxlamaq nəyə lazımdır?””- deyib cənab Lukaşenko. O mütəmadi olaraq Belorus qida məhsullarının qadağası məsələsinə də toxunub. Bu hərəkəti də Belorus prezidenti təzyiq kimi dəyərləndirib. “”Bu bizi təngə gətirib, bu atrıq son həddir, daha belə davam edə bilməz””-deyə Aleksandr Lukaşenko etiraz edib.
Xatırladaq ki, Rosselxoznadzor (Rusiya kənd təsərrüfatı nəzarəti xidməti) bəyan edib ki, Rusiya keyfiyyətinə və təhlükəsizliyinə görə Belorusun süd məhsullarının gətirilməsinə tamamilə qadağa qoya bilər.
Yenises.ru
“