Lukaşenkonun “oyunu”” özünə baha başa gələ bilər”


Lukaşenkonun "oyunu" özünə baha başa gələ bilər
Lukaşenkonun Rusiyaya inteqrasiya məsələsini qarşı tərəfə təzyiq vasitəsinə çevirməsinə “Bulba Prestolov”” Teleğram kanalı toxunub. Dni.ru iformasiya portalının Telegram kanala istnadən yazdığına görə Belorusiya prezidenti Aleksandr Lukaşenkonun başı üstündə qara buludlar dolaşır. Rusiya rəhbərliyi Batkanın şərtləri ilə inteqrasiyaya razı deyi-deyə ekspertlər xəbərdarlıq ediblər. Onların sözlərinə görə Rusiyada belorus liderinə kimsə güvənmir və onunla ünsiyyətdən qaçırlar.

Son zamanlar Belorusiyada qərbyönlü millətçilik baş qaldırıb-deyə “”Bulba Prestolov “”Telegram kanalın müəllifləri bildirirlər. Buna görə Rusiya Aleksandr Lukaşenko rejiminin maliyyələşdirilməsinin məqsədəuyğun olduğuna daha çox şübhə edirlər.

Onların sözlərinə görə, Batkanın qanadları altında millətçiliyin inkişafı Minskə qarşı Rusiyanın siyasətini dəyişməsi, dotasiyanın azalması və dondurulması ilə şərtlənib. “”Rusiya Belorusiyaya qarşı strateji qərar qəbul edib və Lukaşenkonun şərtləri ilə
razılaşan deyil””-deyə Telegram kanal qeyd edib.

Məlumdur ki, Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq dövlətləri çərçivəsində iki ölkənin inteqrasiyasına münasibətdə müxtəlif baxışlara malikdirlər. Belorusiya lideri Rusiya tərəfdən maliyyə -iqtisadi dəstək almaqda israrlıdır və bundan sonar müəyyən siyasi addımlar atamağa hazırdır. Kreml isə bunun tam əksini tələb edir.

Lukaşenkonun düşdüyü vəziyyət o qədər də asan deyil. Güman ki, Batka Rusiya ilə siyasi inteqrasiyanın onun hakimiyyətinə təhlükə olacağından ehtiyatlanır. “”Bulba Prestolov”” müəllifləri Moskvanın kütləvi dotasiyası olmazsa, onun rejiminin kardon ev kimi dağılacağına inanırlar.

Yenises.ru


Bir cavab yazın