Məhəmməd peyğəmbərə həqarət edən filmə görə ABŞ səfirliyinə hücumlar olub


Məhəmməd peyğəmbərə həqarət edən filmə görə ABŞ səfirliyinə hücumlar olub
Sujetində Məhəmməd peyğəmbəri təhqir edən ifadələr olan qisametrajlı filmin Amerikada yayımlanmasına etiraz olaraq ABŞ-nın Misir və Liviyadakı səfirliklərinə hücum olub.

Radikal mühafizəlçilər Kipti xristianlarının müsəlmanlar əleyhinə çəkdiyi və Hz. Məhəmmədə qarşı həqarətlər işlədilən filmə etirazlarını göstəriblər.

Etirazçılar səfirliyin divarına dirmanaraq Amerika bayrağını enidrib yerinə qara bayraq asıblar. Bundan başqa onlar ABŞ elçiliyinin ölkədən çıxarlıması şüarınını səsləndiriblər.
Səfirliyin nümayəndəsinin CBS News-ə verdiyi açıqlamada təhlükəsizlik nümayəndələrinin etirazçılara atəş açdığını bildirib. ADŞ xarici işlər nazirliyinin yetkilisi Viktoriya Huland isə Misir hökümət nümayəndəlıri ilə birlikdə vəziyyəti yenidən düzəltməyə çalışdıqlarını deyib.

Binqazidəki Amerika konsulluguna da bu mövzuyla bağlı hücum olub. Aksiyaçılar konsulluq binasını atəşə tutublar. Şahidlərin dediyinə görə bina böyük zərər görüb.

Liviya Daxili işlər nazirliyindən Vanis el Şerif basqınçıların əvvəl havaya atəş açdıqlarını, sonra binaya hücum etdiyini, lakin hadisə vaxtı orada kimsənin olmadığını söyləyib.
Silahlı qrupun ABŞ-da televiziyada yayımlanacaq Hz. Məhəmmədi həqarət edən filmə etiraz olaraq bu hərəkəti etdikləri iddia edilir.

Amerikanın dövlət katibi Hillari Klinton Binqazidəki ABŞ konsuluguna edilən hücumda bir diplomatın öldürüldüyünü bəyan edib.

Klinton verdiyi açıqlamada hücumu kəskin qınayaraq Liviyadakı amerikalıları qorumaq üçün əlavə yardım göndərməkdən ötəri Liviya prezidenti Muhammed Yusuf el-Mağarifiyə telefon etdiyini deyib.
El-Mağarifi də bu hücumu pisləyib, hökümətinin tam işbirliyi göstərəcəyinə söz veridyini bildirən Klinton hadisəyə münasibətini bildirib.

“Bəziləri bu xain davranışı haqlı göstərməyə çaışır. Amerika digərlərinin dini inanclarına ləkələmək istəyənlərin əleyhinədir. Ölkəmiz yaranan gündən hər kəsin dininə xoş münasibətdə olub. Lakin bu cür zor hərəkətlərin heç bir haqlı tərəfi yoxdur”-deyə Klinton buna bəarət qazandıranlara etiraz edib.

/Yenises.ru/


Bir cavab yazın