Məhəmməd peygəmbəri təhqir edən jurnalist danışdı
Dünən gecə yaşadığı evin qarşısında 15-dən artıq bıçaq zərbəsi alan Sergey Aslanyan xəstəxanada ifadə verib.Naməlum birinin ev telefonuna zəng edib onu həyətə çağırdığını söyləyib. O aşagı düşəndə binanın girişində maşından tatar millətindən olan bir nəfər düşərək onun üstünə hücum etdiyini və “ Sən Allahın düşmənisən”-deyə ona bıçaq zərbələri endirdiyini deyib.
Sergey Aslanyan ona yaralayanın dini fanat olduğunu bildirib.
Xatırladaq ki, Aslanyan 14 mayda “Mayak” radiostansiyasının efirindən Məhəmməd peygəmbərin din xadimi yox, “yuxarıya soxulmaq istəyən ”yaxşı biznesmen olduğunu dilə gətirib. “O, Biblyanı köçürüb və bu biznes-layihəsi də uğurlu olub”.
Müsləman cəmiyyətinin üzvləri buna kəskin etirazlarını bildirmiş, onu din ayrılığı salmaqda suçlamışlar. Kazan məscidinin imamı o bu hərəkrəti ilə millətlərarası münaqişə yaratdığına görə RF baş prokuroruna şikayət məktubu da göndərib.
“İslam komitəsi”nin sədri Heydər Camal Aslanyanın şəxsi münaqişə zəminidə bıçaqlandığını düşünür. “Yaranmış fürsətdən istifadə edib, izi başqa yerdə axtarılacağını bilən-şəxsi düşmənlərinin işidir bu”.
/Yenises.ru/