Məmməd İsmayılın döğum gününə
Yolçu unutsa da, yol unutmaz!
Bu gün günlərdən Məmməd İsmayıl günü. O Məmməd İsmayıl ki, “Gənclik” (y)ə yoldaş da oldu, sirdaş da. Ona nöqtəsinin, vergülünün yerini özü təyin etmək (“Nöqtəsinə, vergülünə toxunmadan”) sərbəstliyini tanıdı.
Şeir yazmağa bəlkə gec qaldı, amma şairləri qabaqlamağa tələsdi. Nə gedən qatarın dalınca baxdı, nə gələn rüzgardan qorxdu.
Adı ədəbiyyat dərsliyinə düşməsə də, universitetlərdə tədris olunacaq qədər zəngin yaradıcılığa və ömrə imza atıb…
Xalqın adamıdır, Xaliqin adamıdır! Şeirlərində adından da danışıb, “Hər adı Məhəmməd Peyğəmbər deyil” -deyə ardından da danışdırıb. Sözün piri, piranisidir! Baxmayaraq ki, buna da etiraz edir.
Bir adam yol gedir bizdən qabaqda…
Hərdən üz çevirib taleyə, baxta,
Çıxdığı səfərdən qorxub qaçan var.
Bir adam yol gedir bizdən qabaqda,
Yaxşı ki, dünyaya cığır açan var.
Məmməd müəllim, Atam deyə xitab etdiyim doğma Adam, Doğum Gününüz mübarək! Açdığınız cığırı, keçdiyinız yolu yolçu unutsa da, yol unutmaz! Ömür yolunuz uzun olsun!
Tunzalə Vəliqızı, Moskva
01.11.2024