Mənbənin xəbərinə görə Moskvada Türkiyə təyyarəsinin Suriya hava ərazisində vurulduğu məlumatı var
Moskva Suriya hərbi -hava müdafiə qüvvələri tərəfindən vurulmuş F-4 “Fantom” türk qırıcısının uçuş marşrutu haqqında obyektiv məlumata malik olduğunu bəyan edib. “İnterfaks “ agentliyinə bu barədə Moskvadakı hərbi diplomatik mənbə məlumat verib.
Hərbi diplomatın sözlərinə görə bu məlumat təyyarənin Suriya hava ərazisini pozması faktını təsdiqləyir.
Bununla yanaşı, mənbə onu da qeyd edir ki, “Rusiyanın Suriyada öz maraqları var” və Rusiya situasiyanı müxtəlif kanallardan izləyir.
O bunun nə kanal olduğunu dəqiqləşdirmək istəməyib, amma onu da vurğulayıb ki, hava-kosmik müdafiə ordusu və Rusiya hərbi dəniz donanması muşahidə və təhlil edə bilir.
/Yenises.ru/