MƏQAMLARIN MƏRAMLARA QURBAN VERİLDİYİ
Girişə hazırlıq: Bilmirəm niyə. Amma elə ilk “tanışlığımda”” Helen Kelleri sevdim. Bəlkə dünyaya qüsursuz gəlib, uşaqkən xəstəlik keçirməsi nəticəsində insan üçün vacib olan əsas hisslərdən 3-nü, eşitmə, görmə, nitq qabiliyyətini itirəndən sonra, bununla mübarizə edib adını tarixə yazdıran qadına rəğbətim bundandı. Mark Tven onun haqqında boşüna deməyib.”” ХIХ əsrin iki böyük şəxsiyyəti var: Napaleon və Keller””. Hər ikisi dünya haqqında düşüncələri dəyişib və imkanların sərhədsizliyini göstəriblər.
Məqamların məramlara qurban verildiyi yer
Müsbət və mənfi yük daşıyıcı olmasını ayrıd etmək kimyagərə qalmış. Gedib yenidən başa dönmək.
-Bəzən saatlarla gündəmi müzakirə edirdik…
-İnsan öləndən sonra onu fərq edirlər…
-Yaxşı əsərdir, amma müəllifi ölmüş olsaydı daha dəyərli olardı…
Dostlarımla həmsöhbət olanda onların anlatdıqlarındandır bu cümlələr.
Bəzən saatlarla gündəmi müzakirə etdiyi adam qəfil dünyasını dəyişdi. Və o dostu ilə həftənin müəyyən günündə və müəyyən saatında olan telefon söhbətləri də kəsildi. Vərdiş, həsrət nə deyirsiniz deyin onu buraxmadı. İtiyini axtarıb tapmayan adam saatları nəylə doldurur bilmirəm. Bir başqasıyla yenə Rusiya gündəmi içində əriyən Azərbaycanı müzakirə edib söhbətinə yanğı ilə nöqtə-burada nöqtə qoyulmaz da, nidayla-“qalsın sabaha”- deyib üç nöqtələyirmi?
-Öləndən sonra xatırlanmayanda ölürsən -dediyimiz şey… Vallah pafos qədər təhlükəlisi yoxdur. Sözdən ustalıqla istifadə edib ona məşhur memarın soyuq daşlara verdiyi canlılığı vermək qabiliyyətin olsa da içində səmimiyyət yoxdursa… O zaman etiraf edək, unuduruq, unutduğumuz üçün də diriykən belə onlar yoxmuş kimi gəlir adama.
Elə birinci o dostuma deyilib. Eyniylə olmasa da təxmini beləcə. Xatırlamaları üçün arada özünü xatırlatman gərəkirdı… Lev Tolstoyun “şöhrət özü məni tapacağ”ına çox güvənmə, oxucu! Oxucu da deyirəm, indi zövqu baş-ayaq olmuşa necə oxutduracaqsan ki, bunu…
Elçin Şıxlını redaktor, jurnalist olmaqdan başqa bir də İsmayıl Şıxlının oğlu olaraq qiyabi tanıyıram. Nə fərqi var ki. O qədər əyani tanıdıqlarım var da, nə olub? Onun şedevr deyiləcək yazısının ( http://ayna.az/2018/qinina-cekilmis-canaqlilar/ ) oxucusu məsələn mk.ru-nun aparıcı yazarlarının oxunduğu qədər yüzminlərlə deyil. Keyfiyyətlə əlaqəsi yoxdur. Yaxşı yazını axtarıb oxuyacaqlar düşüncəsində olanların zamanımdan çox keçdi. Heç Çek London, Kafka nə bilim hansı məşhurların da ilk əvvəllər oxunmadığı qənaətindən çıxış etməyin, xahiş edirəm. Yuri Dudların telefondan sualı oxuyub şou, bir az da əllaməliyə köklənmiş hazırcavablığı ilə hadisə yaradıb milyonların izlədiyi olmaq üçün çox şey lazım deyilmiş. (Duda bu qiyməti mən deyil, məşhur jurnalist Nevzorov verib).
Aydın Mehdiyevin sözü olmasın. İndi elə həqiqətlər var ki, sadəcə o yer, o toplum üçün anlaşılandır. Kafkanı, Kelleri.., lap elə Dudu, Aydın Mehdiyevi tanımayanlar üçün bu yazdıqlarım nə maraq kəsb edə bilər ki. Elçın müəllimin ”Sonuncu mogikanı gözləməyin, o, gəlməyəcək, çünki siz hər biriniz bir sonuncu mogikansınız”- deyib yönləndirmək, istiqamət vermək istəynin mənbəyində nə dayandığını da sadəcə bilənlər bilər. Məqamı, yeri gəlsə…
Mən yazıçı Anara hücumlar olanda da yazmışdım. Onun itirdiyi məqam haqqında.
Və əsər müəllifi öləndən sonra dəyərlidir-məsəlinə gəlincə. Facebook-da reklama maya qoyub 100-200 minə qalxa bilmək, ya… Ya da Gülbən Ergenin-bura bizimkiləri də qata bilərəm, indi boş yerə səhifəni doldurmayım deyə yazmıram-ən istedadlı və vicdanlı rejissora (yönətmənə) “keçirilən xahişlə” seriala çəkilmək ənənəsi hələ 20-25 ildən əvvəl demokratik dediyimiz qardaş ölkədə də varmış…o zaman bizdə necə olar?!
Madam gündəm bunu istəyir, həyatın nəbzi bununla vurur, onda sən ona köklənəcəksən. (Mir Şahin gündəm olardı, amma indi Mir Şahinlə gün-dəm olmaz, gün- qəm olar, boş verin). Ya da əqidənə sadiq qalıb hər “birinizin son magikan olması gərəkdi”- çağırışına inanıb, inandırıb……. nöqtələrin yerinə xəbəri siz yazın. Ki, xəbərdar olaq, xəbər tutaq. A, B, C, D hazır variantı yoxdur.
Gözləyimmi?
Və nəticə olaraq: Xəlil Cebran “Peygəmbər”inin dilindən deyir ki:-Öldürülən öz qətlinin işrirakçısıdır.
Bu sizə bir şey deyirmi?
Tünzalə Vəliqızı, Moskva
24.11.2018
Yenises.ru
“