Mərkəzi Afrika yaraqlılarından hökümətə sərt ultimatum -rus hərbiçlər çıxarılsın
Müsəlman yaraqlıları hökümətə sərt ultimatum ünvanlayıb. Mərkəzi Afrika Respublikası parlamentinin müsəlman başçısının vəzifəsindən uzaqlaşdırılması onları qəzəbləndirib. Ölkə başçısı Tuaderdən ərazidə olan xarici hərbi qüvvələr, o cümlədən “rus muzlularının”” dərhal çıxarılması tələb olunur.
Keçmiş “”Seleka”” müsəlman hərbi yaraqlıları qrupunun lideri (hazırda bu qrup CNDS adlanır) Abdulay Hissen rus və mərkəziafrikalı hərbçilərə nəzarətlərində olan əraziləri tərk etmək üçün 48 saat vaxt verib.
“”””Seleka”” qrupu tərəfindən istila olunmuş ərazilərdə yerləşdirilən hökümət qüvvələrinin bu rayonları tərk etmək üçün 48 saat vaxtı var””-deyə o, MAR-da vəziyyəti şərh edərkən açıqlayıb.
Ultimatuma səbəb MAR parlamentininin sədrinin dininə görə (müsəlman) vəzifəsindən uzaqlaşdırılması olub. Bu qərar Hissen başda olmaqla, müsəlman yaraqlılarında narazlıq oyadıb. Hissenin bəyanatında prezident Tuader (xristiyan) “”Rusiyadan olan muzdlular””ın yardımı ilə onlarla əlbir iş görməkdə günahlandırılır.
Abdulay Hissenin rəsmi bəyanatı Central African Republic News-da dərc olunub. Bundan başqa bəyanatın surətini France24-un müxbiri Eduard Dropsi şəxsi Twitter səhifəsindən paylaşıb.
Hissenin ultimatumunda “”rus muzdlusu”” adı altında Valeri Zaxarov xatırlanır. May ayında RFI radiosu MAR prezidenti Fosten-Arkanja Tuaderin bu adda rus məsləhətçisi olduğunu xəbər vermişdi. Adıçəkilən radionun məlumatına görə o, təhlükəsizlik məsələləri üzrə məsləhətçi postunu tutur. Onun iştirakçı ilə Tuader və tərəfdarları Banqi müsəlman rayonunda danışıqlar aparmışdı.
“”Əvvəlki qanlı rejim Zaxarov və onun muzdlularına etibar edirdi… Kremlə yaxn olan qüvvələrin Mərkəzi Afrika siyasətinə müdaxiləsində bu muzdluların hansı rol oynadığını açıqlamaq tələb edilir””- sənəddə deyilir.
Yenises.ru“