MALİDƏ YÜZDƏN ÇOX FERMER ÖLDÜRÜLDÜ


MALİDƏ YÜZDƏN ÇOX FERMER ÖLDÜRÜLDÜ
Reuters agentliyinin yaydığı məlumata görə Malidə 100-dən çox fermer öldürülüb.

Naməlum adamlar Mərkəzi Malidə fulani xalqının nümayəndəsi olan 134 fermeri qətlə yetiriblər.

İddiaya görə, donzo millətinin ənənəvi kostyumları ilə bəzənən cinayətkarlar şənbə gecəsi fulani xalqının yaşadığı Ogassagu və Wellingar kəndlərinə hücum ediblər. Ogossagu tamamilə darmadağın edilib, qurbanların arasında uşaqlar, yaşlılar və hamilə qadınlar var.

Bir versiyaya görə, hücum Mali hökumət ordusunun 23 əsgərinin öldürülməsi ilə bağlı intiqam ola bilər. Əsgərlər yerli islamçı bir qrupun tələsinə düşərək öldürülmüşdülər.

Millətlərarası qarşıdurmalar ehtimalı da istisna edilmir: oxşar bir hadisə yanvar ayının 2-də baş vermişdi. O zaman da donzo xalqının geyimində olan insanlar fulani xalqının 37 mülki nümayəndəsini öldürmüşdülər.

Malidə vəziyyət 2012-ci ildən bəri qeyri-sabitdir. O zaman Tuareg üsyançıları və bir neçə islamçı qrup ölkənin şimalını ələ keçirərək qondarma müstəqil Azavad dövləti yaratmışdılar. 2013-cü ildə Fransa Maliyə qoşun yeridərək ərazini geri alıb Afrika Respublikanın mərkəzi orqanlarının nəzarətinə vermişdi. O vaxtdan bəri İslamçılar sıralarına yaraqlıları cəlb etməkdən ötrü etnik qarşıdurmalardan istifadə edirlər.

YENİSES.RU


Bir cavab yazın