Mediametrics.ru -nun reytinqinə görə bizim oxucu üçün hansı mövzu maraqlıdır?


Mediametrics.ru -nun reytinqinə görə bizim oxucu üçün hansı mövzu maraqlıdır?
Azərbaycan oxucusu nə oxumağa üstünlük verir? Mətbuatda gedən informasiyaların hansı onun üçün prioritetdir? Əslində bunu televiziyanın siyasətdən kənar şou proqramlaırnın reytinqinə ötəri nəzər salmaqla da təyin etmək mümkündür. Və o verilişlərin praym-taym zamanında verilməsinin də bir o qədər əhəmiyyəti yoxdur!

Mediametrics.ru-nun son bir saata olan reytinqlərinə nəzərən rus və azərbaycanlı oxucusunun “istək siyahısının”” tablosu isə belədir. Rusiyada ölkədə seçkilər ərəfəsi, bir yanda Suriya savaşında iştirak, digər tərəfdə bitməyən Ukrayna problemi mətbuatın gündəminin prioriteti olduğu qədər oxucunun da daha çox maraq dairəsində olan mövzulardır. Rus oxucusu xarici və daxili siyasətə köklənib.

Azərbaycan oxcusu isə… Sosial şəbəkədə nə qədər vətənpərvər olsaq da, yüngül şou-biznes xarakterli yazılara aludə olduğumuz kəskindir. Belə deməyə imkan verən bir saatda mediamertrics.ru-nun çıxardığı nəticədir. Qarabağ boyda çözülməmiş problemi, Xocalı kimi görünməmiş faciəsi və bitməyən sosial problemləri olan oxucunun əksəriyyəti “”məişət söhbətləri”” çərçivəsindən o yana getməyib.

Bu arada ölkədə yeni “”Real”” televiziyası KİV sırasına qoşulacaq. Təbliğatmızın istiqaməti hara yönəlib hələ də baş aça bilmirəm. Bəlkə uzaqda olduğumdan və Azərbaycan mətbuatını ardıcıl olaraq izləmədiyimdəndir. İzləməməyimin səbəbi isə çox bəsit. İzlənəcək, maraq kəsb edəcək mövzuların az olması və ya heç olmaması. Bir ölkənin ki, ən populyar aparıcıları …. adlarını çəkmək istəmədiyim kimlər ola. Yoxdur demirəm. Çünki televiziya, jurnalistlik mıəktəbini orada keçən biri kimi, bizdə peşəkarların olduğuna əminəm. Sadəcə onların televiziyası və ya fikrini bildirməyə tribunası məhduddur. Varsa …. Qəzetdə izn verilməyən fikrin senzor qayçısı ilə kəsildiyi boş-ağ yer kimidir.
Mediametrics.ru -nun reytinqinə görə bizim oxucu üçün hansı mövzu maraqlıdır?
Və nəhayət, informasiya cəbhəsində uduzduğumuz Ermənistan. İqtisadiyyatı ürəkaçmayan ölkənin oxucusunun oxuduğu bir politik.am saytının reytinqdə tək olması suala yer qoymur. Monomillətçi dövlətin hər zaman vaz keçmədiyi siyasət. Mövzu anlamında siyasət. Bizimki siyasətdən keçib. Ya da siyasət şou-ulduzlarının geyimindən keçir.

Tünzalə Vəliqızı,
Moskva


Bir cavab yazın