Medvedev ona qarşı kompromatı “cəfəngiyyat və ya adi kağız”” adlandırdı”


Medvedev ona qarşı kompromatı "cəfəngiyyat və ya adi  kağız" adlandırdı
RF baş naziri Dmitri Medvedev onunla bağlı ittihamlara cavab verdi. “Bunu edən məhkum olmuş personajdır. O, bütün hücum və təxribatlara baxmayaraq öz postundan əl şəkməyəcəyini də söyləyib.

Baş nazir hesab edir ki, bunun arxasında insanları küçəyə çıxartmaq cəhdi dayanır.

Dmitri Medvedev etiraz aksiyası və hökümətə hücum cəhdini özünün siyasi məqsədinə çatmaq istəyənlərin təşkil etdiyini deyib.

“”Bu kimə sərfəlidir? Bu o kəslərə sərfəlidir ki, deyilən şəkildə (kompromat) süjetlər, materiallar hazirlayirlar. Bu konkret siyasi məqsədi olan adamlar üçün bir qaydadır””- Medvedev ona qarşı ittihama aydınlıq gətirməsini xahiş edəndə belə cavab verib.

Medvedev onun haqqında toplanmış kompromatı “”cəfəngiyyat və ya adi kağız”” adlandırıb. Baş nazir bunun insanları küçəyə çıxartmaq üçün edildiyini vurğulayıb.

Aksiya təşəbbüsçüsünü baş nazir “”məhkum olunmuş personaj”” adlandırıb, hansı ki, öz dərisini qurtarmaq məqsədilə gənc insanları təqdim edir. Medvedev onu da açıqlayıb ki, hücumlara və təxribatlara baxmayaraq öz postunda işləməyə davam edəcək.

/Yenises.ru/


Bir cavab yazın