Medvedevdən etiraf: Bu təqaüdlə insan kimi yaşamaq mümkün deyil


Medvedevdən etiraf:  Bu təqaüdlə  insan kimi yaşamaq mümkün deyil
RF -nın baş naziri Dmitri Medvedev təqaüd hesabına layiqli həyat tərzi keçirməyin mümkünsüz olduğunu bəyan edib.

Rusiyada təqaüdlərin səviyyəsi təqaüdçülərə layiqli və maraqlı bir həyat verməkdən uzaqdır. Rusiya Baş naziri Dmitri Medvedev hökümətin 2018-ci il üçün hesabatıyla bağlı Dövlət Dumasındakı çıxışı və suala cavabı zamanı deyib. Çıxışın videoyazısı “Rusiya 24″” kanalının YouTube-dakı səhifəsində yerləşdirilib.

“”Biz kimsəni aldatmayacağıq: layiqli və maraqlı bir həyat -bu da pula bağlı olan məsələdir””, deyə o, bu günki təqaüdün səviyyəsinin belə bir həyat təmin edə bilməyəcəyini söyləyib.

Medvedev qeyd edib ki, bu baxımdan hökumət təqaüdlərin indeksləşdirilməsi ilə bağlı bir sıra qərarlar qəbul edib. Belə ki, pensiya ödənişlərinin məbləği daha çox olmasına görə bölgələrdə pensiyanın səviyyəsi ilk növbədə gündəlik minimuma gətiriləcək və sonra indeksləşdiriləcək bir üsul tətbiq olunalıdır.

Baş nazirin sözlərinə görə, Rusiyada həyat “”idealdan uzaqdır””. “”Bir çox insanlar çətin vəziyyətdədir, bəziləri sağ qalmaq üçün savaşırlar. Rusiyada bu gün təxminən 19 milyon adam yoxsul vəziyyətdədir. Yəni bu 19 milyon insanın insan kimi yaşamadığı deməkdir “”.

YENİSES.RU


Bir cavab yazın