Millimizdən imtina edən futbolçu klubunu dəyişdi
Milli komdamızdan imtina edib, Rusiyanı seçən, lakin Avro-2012-dən kənarda qalan 27 yaşlı Aleksandr Səmədov klubunu dəyişib. Onun transfer edəcəyi haqqında dünən saytımızda məlumat vermişdik. Aleksandr Səmədov “Sovetskiy Sport” un müxbirinə açıqlamasında hansı kluba keçəcəyinin sabah (bu gün) bəlli olacağını bildirmişdi.
Moskvanın “Dinamo” klubunda 75 oyuna 9 qol vuran həmyerlimiz bundan sonra Moskvanın “Lokomativ” klubunun şərəfini qoruyacaq. Bu barədə xəbəri “Dinamo” klubunun rəsmi saytı təsdiq edib.
“Dinamo”nun baş məşqçisi Serqey Silkinin bildirdiyinə görə “Lokomativ” Səmədova və keçmiş klubuna sərfəli təklif edib və tərəflər razılığa gəliblər.
Ramin Kazımov
/Yenises.ru/