Miqrantalara qarşı Moskvada gərginlik davam edirmi?


Miqrantalara qarşı  Moskvada gərginlik davam edirmi?
Dünən Moskvanın Biryulovo rayonunda Yeqor Şerbakovun qətlinə etiraz olaraq “qəzəbini qusan”, bu olayı milli münaqişəyə çevirmək istəyənlərin yaratdığı gərginlikdən sonra vəziyyət necədir?

10 oktyabrda öldürülən Yeqor Şerbakovun qatilinin azəbaycanlı olması ehtimalını doğuran nədir?

Federal Miqrasiya xidmətininin miqrantlara “ehtiyatlı olmaq” çağırışına diasporalar qoşuldumu?

Bu və digər sualları cavablayan VAK sədri İlqar Hacıyev belə hadisələrin demək olar ki, vaxtaşırı yaşandığı söylədi.

Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri İlqar Hacıyev Biryulovo rayonunda baş verən hadisəyə münasibət bildirərkən ilk əvvəl Azərbaycan saytlarında hadisənin Azərbaycanda seçkilərdən sonra rəsmi Rusiyanın təzyiqi kimi qiymət verilməsini absurd adlandıraraq onu pislədi.

“Moskvada belə cinayətlər demək olar ki, vaxtaşırı baş verir. Onu milli məsələyə çevirmək istəyənlər özü Rusiyanı sevən ola bilməz. Bu gün Rusiya MDB ölkələrinin Gömrük İttifaqına qouşulması yolunda lazimı addımlar atır. Onun strategiyası qarşlıqlı dostluq və əməkdaşlıq prinsipləri ilə yaşamağa yönəlib”.

O, hadisələrin milli məsələyə çevrilməsində Rusiyanı istəməyən, ona düşmən olan qüvvələrin əli olduğunu dedi.

“Dünən küçədə etiraz edən kütlə ümuminin fikrini ifadə etmir. Və burada cinayətkarın azərbaycanlı olması iddiası da doğru deyil” Cinayətkar tapılmadan onun kimliyini, milli mənsubiyyətini necə təyin etmək olar. Onun azərbaycanlı olması ehtimalını doğuran səbəb bazarda əsasən azərbaycanlılaırn olması amili ola bilər”.

İlqar Hacıyev onu da əlavə etdi ki, yüksək dairələrdə belə bir fikri səsləndirən yoxdur. Hətta o cinayətkar azərbaycanlı olsa belə, bunu milli məsələyə çevirmək təhlükəlidir”.

Diaspor yetkilisi Federal Miqrasiya xidmətinin çağırışına da münasibət bildirərək belə bir çağırışın prosedur qaydası olaraq hər zaman səsləndiyini qeyd etdi.

“Miqrasiya xidməti gecə vaxti güçələrə çıxmamaq, kafelərdə, barlarda olmamaq kimi çağırışları hər zaman səsləndirir. Konkret bu hadisədən sonra belə bir çağırış etmədik, çünki buna gərək də duymuruq. İnsanları vahiməyə salıb, qorxutmaq lazim deyil. Moskvanın belə qorxulu yer olmaq fikrini formalaşdırmaq da…” İlqar Hacıyev belə dedi.

Azərbaycan diasporunun sədri Biryulovo hadisəsi ilə bağlı jurnalistlərin işlətdiyi “gərginlik” ifadəsinin daha çox gərginlik yaratdığını dilə gətirərək buna etiraz etdi.

“Biz buranı özümüzün ikinci vətənimiz bilirik. Biz damcı-damcı bu münasibətləri formalaşdırırıq. Onu qəzetinizimi, saytınızmı daha çox insan oxusun deyə cəfəng versiyalarla doldurmaq yolverilməzdir”.

Xatırladaq ki, dünənki hadisələrdən sonra Tərəvəz bazarı işləmir, ora yoxlamalar üçün bağlanıb. Hadisəni diqqət mərkəzində saxlayan Moskva meri Sobyanin KİV-ə açıqlamasında yoxlamalardan sonra bazarın bağlanması ehtimalını da söyləyib.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın