Miqrantlara Federal Təhlükəsizlik xidməti “dərs verəcək”
Rusiya miqrantlara yaşadığı yerin qayda-qanunlarına əməl etmək, onlarla eyni dildə danışmaq üşün “dərs vermək” işini Federal Təhlükəszlik Xidmətinə (FTX) həvalə edir. Belə ki, milli münasibətlər siyasəti başlıca prioritetə dönüşdürülərək bunun üşün FTX tərkibində yeni bir qrup yaradılıb. Prezidentin daxili siyasət idarəsi ( DSİ) statusunu alacaq yaradılan yeni qrup ayrıca milli və dini münasibətlər blokuna ayrılıb. Ona Federal Təhlükəsizlik Xidmətinin generalı Mixail Belousov başçılıq edəcək.
Əsas məqsəd isə diaspor cəmiyyətləri və maraqlarına uyğun, sistemli şəkildə miqrantların adaptasiya olunması, yerli adət-ənənələri və rus dilini öyrənməyə cəlb etmək, yaşadıqları yerlərdə qeydiyyata düşmələri kimi problemlərdə dövlət dəstəyi göstərməkdir.
“ Onun üzərində düşünmək lazımdır ki, dövlət ictimai-milli strukturlara hansı etimadı verə bilər. Milli cəmiyyətlər öz ortamlarında xüsusi avtoritet sahibidirlər və niyə biz onlarla qarşılıqlı münasibətləri qaydaya salmayaq ”- deyə Daxili Siyasət İdarəsinin (DSİ) yetkilisi deyib.
Prezident administrasiyasından bildirilib ki, ictimai təşkilatlarala iş özünüidarə səviyyəsində aparılır, bu da “ problemlərə əngəl olmur”, situasiyanı düzəltmək lazımdır.
Bundan başqa Belousov prezidentin milli siyasət şurasında yer alacaq. Bu konsepsiyanın 1 dekabrda təqdim olunması gözlənilir. Planın qaralama variantı artıq var, sənədin təkmilləşdirilməsi üçün işçi qrup ekspert və regionlarla bu proses uzərində işləyir.
“Miqrantların taleyi” tapşırılan Belousov 1990-cı illərdə prezident aparatının daxili siyasəti ilə məşğul olub, sonra Təhlükəsizlik Şurasında və Ferderal Təhlükəsizlik xidmətində konsititusiya müdafə sırası bolməsində çalışıb. 2004-cü ildə sosiologiyadan “Şimali Qafaqazın etnik elitası: sosial araşdırmalar təcrübəsi” adlı namizədlik dissertasiyası müdafiə edib. Bu dissertasiyada Dağıstan, Karaçaevo-Çerkez, Şimail Osetiya, İnquşetiya və Çeçenistan elitasının sosial fəalliyyət şərtlərini əhatə edir.
Diaspor təşkilatlarına Rusiya höküməti əməkdaşlıq təklifi olan bu sənəd miqrantların leqallaşmasına xidmət edərək onların haqlarının müdafiəsini öz üzərinə götürəcəyi gözlənilir. Bu həm də milli-münaqişələrin qarşısını almağa yönələn siyasətdir.
Bu qrupun yaradılmasıyla Rusiya milli siyasətinin “zəif bəndini” möhkəmləndirmək fikrindədir.
Ayxan Azəroğlu
/Yenises.ru/