Misir Hillari Klintonu ayaqqabı və pomidor yağışına tutdu
Misirin Aleksandriya şəhərində ABŞ dövlət katibi Hillari Klintonun maşın karvanına ayaqqabı, pamidor atdılar. Klinton və onu müşaiyət edənlər zərər çəkməyib, lakin pomidorlardan biri Misir məmuruna dəyib.
Klintonun maşın karvanına hücum o, şəhərdə etiyi çıxışından sonra olub. Alenksandriyada Amerika konsulluğunun açılışındakı çıxışında dövlət katibi Afrikanın şimalındakı bu ərəb ölkəsini demokratik azadlığı inkişaf etdirməyə çağırıb. Misir höküməti etirazçıların hansı siyasi qüvvələrə aid olduğunu təyin etməkdə çətinlik çəkir deyə “İnterfaks” məlumat verib.
Maşın karvanına ayaqqabı və pomidor atan etirazçılar “Monika, Monika” bağıraraq Hilarinin ərinin Monika ilə olan intim əlaqəsini xatırladıblar.
Əvvəlcə etirazşılar ABŞ dövlət katibinin qaldığı mehmanxananın qarşısına toplaşıb anti-islam və anti-amerika şüarları səsləndiriblər. Onlar ABŞ-ın Mursinin prezidentliyini dəstəkləməsinə qarşı etirazlarını bildiriblər.
Hillari Klinton ABŞ-ın bu seçkilərdə hər hansı bir təzyiqi və rolu olmaığını vurğulayıb. Işgüzar səfər çərçivəsində Klinton Misir prezidenti Muhammed Mursi ilə görüşüb.
Klinton Aleksandriyadan İsrailə yola düşüb. İsraildə o bu ölkənin rəhbərliyi ilə Yaxın Şərqdə olan vəziyyəti müzakrə edəcək.
/Yenises.ru/