Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan üzr istədi
Mixail Leontiev Ermənistanın baş naziri Nikol Paşinyandan ölkədəki son hadisələrə dair sözlərinə görə üzr istədi
“Armenpress”” agentliyinin Ermənistan hökumət başçısının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə Yerevan belə bir məktub alıb. Məktubda jurnalist özünün “”Ermənistanın taleyi üçün narahatlıq”” ifadəsini izah edib. Eyni zamanda, onun şərhinin “”Rosneft”” mövqeyinə heç bir aidiyyəti olmadığını da vurğulayıb. RİA Novosti-nin şərhinə görə Leontiev bir məktub yazdığını təsdiqləyib. O, etiraf edib ki, bəzi bəyanatlar tamamilə doğru deyil və olduqca sərt idi.
“”Rostneft”” şirkətində əvvəlcədən jurnalistin mayın 3-də “”Komsomolskaya Pravda”” radiostansiyasının efirində səsləndirdiyi “”Ermənistan … Rusiya üçün bir yükdür”” fikrinin onların mövqeyini əsk etdirmədiyi bildirilmişdi.
Yenises.ru
“