MMA üzrə ikiqat dünya çempionu Alan Xadziyev Şimali Osetiyada öldürüldü


Şimali Osetiyada  qaırşıq döyüş növləri üzrə ikiqat dünya çempionu Alan Xadziyev faciəli şəkildə öldürülüb.

Hadisə martın 23-də gecə  Mozdok şəhərindək restoranların birində dava zamanı  baş verib. Regionun istintaq komitəsindən faktla  bağlı cinayət işi qaldırıldığı bildirilib. Restoranda dava düşüb və bu dava zamanı naməlum şəxş ikiqat dünya çempionuna bir neçə bıçaq zərbəsi endirib. Alan Xadziyev aldığı yaralar nəticəsində həyatını itirib.

Şimali Osetiya-Alaniya Respublikasındakı MMA prezidenti İbrahim Tibilovun sözlərinə görə, atlet respublikaya həyat yoldaşı ilə nigah kəsdirmək üçün gəlibmiş. O, bundan dərhal sonra qarşıdakı döyüşə hazırlaşmaq üçün Moskvaya qayıtmalı idi. Ancaq dostları onu faciənin baş verdiyi  restorana dəvət etdilər.

Yenises.ru


Bir cavab yazın