“Mosfilm”in ilk azərbaycanlı rəssamı Hüseyn Axundov vəfat edib
Rusiya və Azərbaycan rəssamlıq və kino sənətində xüsusi yeri olan görkəmli həmyerlimiz dünyasını dəyişib.
Hüseyn Məmməd oglu Axundov fevral ayının 6-da (bu gün) ömrünün 94-cü ilində Moskvada vəfat edib.
Böyük vətən müharibəsi veteranı, tanınmış rəssam Hüseyn Məmməd oğlu Axundov 28 aprel 1921-ci ildə Abşeron rayonunun Balaxanı kəndində anadan olub. 7 yaşında olanda bacısı onu rəssamlıq məktəbinə yazdırıb. Kiçik Hüseyn Axundov Mikayıl Abdullayev, Aga Mirzəzadə, Oqtay Sadıqzadə, Abdul Xaliq kimi korifeylər yetişdirilən bir mühitdə onlarla yanaşı təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1939-cu ildə Leninqrad incəsənət insititutunun kinorejissorluq fakültəsinə daxil olub. İmtahan zamanı çəkdiyi şəkil imtahan komissiyasının üzvlərinin diqqətini cəlb edib və onlar bu gənci görmək istəyiblər. İmtanah komissiyasını heyrətləndirən azərbaycanlı gəncin o zaman cəmi 18 yaşı vardı.
Hüseyn Axundov 1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Bir çox döyüşlərdə iştirak edib, iki dəfə ağır yaralanıb. Taleyinin, qismətinin mükafatıymış bəlkə də bu ki, onu yaralı olduğu zaman müalicə üçün doğma Bakısındakı hospitallardan birinə göndəriblər. Tam sağalmamış əfsanəvi “Arşın mal alan” filminin işində aktiv iştirak edib.
Yaraları sağalandan sonra təhsilini Ümumrusiya Dövlət Kinomatoqrafiya universitetində (VQİK) davam etdirib. 1945-ci ildə oranı bitirdikdın sonra taleyini birdəfəlik Moskvaya bağlayıb.
“Mosflim”də ilk ştatlı işləyən azərbaycanlı olaraq Hüseyn Axundov İvan Pıryev, Qriqori Aleksandrov, Aleksandr Ptuşko kimi sovet kinosunun tanınmış ustadarı ilə çiyin-çiyinə çalışıb. “İdiot” (“Axmaq”), Belıe noçi” (“Bəyaz gecələr”), “Vesna” (“Bahar”), “Sampo” filmlərinin rəssamı eyni zamanda onlarla başqa sənət əsərlərinə rənğli həyat verib.
1953-cü ildə VDNX-dakı (Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi) pavilyonlardan birinin tərtibatı ona tapşırılıb və bu işi yarım ildə başa çatdırıb
Kino rəssamı olmaqla yanaşı, dekorativ eskizlər, kinoplakatlar və paralel olaraq rəsm əsərləri üzərində də işləyib.
Hüseyn Axundovun yaradıcılığının yaddaqalan mərhələlərindən biri də Moskvanın tarixi mərkəzində ən qədim şəxsi tikililərdən olan Knyaz Yusupovun sarayının bərpa edilməsində baş rəssam işinin ona həvalə edilməsi olub .
Rusiya rəssamlar ittifaqının üzvü olan Hüseyn Axundovun yaradıcılıq işləri Rusiyanın və dünyanın bir çox rəsm sərgilərində nümayiş etdirilib.
Moskvadakı Azərbaycan ictimaiyyəti, ziyalıları, rəssamlıq məktəbinin tanınmışları azərbaycanlı olaraq ilklərə imza atan bir ziyalısını daha itiridi.
Ölüm hansı yaşda olursansa ol, hər zaman vaxtsızdır. Hüseyn Axundovun da ölümü özü boyda məktəb yaradan, bir rəssam məktəbinin yaradıcısının itkisidir.
Rusiya və Azərbaycanın görkəmli rəssamı, kino və rəssamlıq sənətinə ölməz imzası ilə ömürlük möhür vurmuş, tarixi tikililərin yenilənməsinə adını əbədi yazdırmış dəyərli həmyerlimiz Hüseyn Axundovun ölümündən dərin hüznlə kərdərləndiyimizi bildirir, həyat yoldaşı Sənubər xanıma, oğulları Tofiq bəyə, Elmar bəyə, qızı Fəridə xanıma başsağlığı veririk.
Allah rəhmət eləsin!
Qudrət Qurbanov, İlhamə Qurbanova, Ramiz Abutalıbov, Eldar Abbasov, Cəfərsadıq Abbasov, Manaf Ağayev, Alla Axundova, Araz Axundov, Qorxmaz Axundov, Abbas Alıyev, Lətif Alnazarov, Tünzalə Vəliqızı, Məmməd Bağırov, Abuzər Bağırov, Aqşin Bağırov, İlham Bədəlbəyli, Timur Bədəlbəyli, Nizami Bəşirov, Məmməd Quliyev, Paşa Quliyev, Rafiq Quliyev, Rafiq Qafarov, Azər Köçərli, Gülnarə Köçərli, Nəzirə Cahangirova, Bella Musayeva, Mehman Məmmədov, Nüsrəddin Məmmədov, İlqar Məmmədov, Şaiq Məmmədov, Nəsib Nəbioğlu, Leylaxanım İsmayılova, Ramil İsmayılov, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Avtandil Zeynalov, Qasım Kərimov, Sabir Həbibov, Rabson Məmmədov, Oqtay Məmmədov, Vasif Məmmədov, Əliş Əvəz, Yusif Əmiraslanov, Kamran Rüstəmov, Şamil Tağıyev, İqbal Rüstəmov, Camal Camalov, Azər Cahangirov, Azər Səfərov, Əvəz İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Mehman Tanrıverdiyev, Xalidə Səmədova, Mirəşrəf Fətiyev, Mərdan Feyzullayev, Füzuli Fərəcov, İlqar Hacıyev, Anar Həsənov, Əşrəf Hüseynli, Yaşar Hüseynov, Oqtay Hüseynov, Mehman Şükürov və başqaları.
Yenises.ru