Moskva əyalətində qubernatorluğa namizədlə görüş zamanı atışma olub
“Yaşıllar alyansı”” partiyasından Moskva vilayəti qubernatorluğuna namizəd olan Liliya Belova Sergiyev-Posad rayonunun Mexovo kəndində seçiciləri ilə görüş zamanı silahlı atışma olub. Bu haqda TASS agentliyinə namizədin qərargahından məlumat verilib.
“”Görüş başa çatan zaman “”Qazel”” maşını insan kütləsinin üstünə doğru istiqamət alıb. Onun ardınca minik avtomobilindən namizədə doğru bir neçə atəş açılıb. İnsident nəticəsində kimsə xəsarət almayıb. “”İnterfaks”” atəşin travmatik tapançadan açıldığını ehtimal edir. Belova polis orqanlaraına şikayət ərizəsi yazıb.
Moskva vilayətinə qubertanor seçkilərində iştirak etmək üçün Liliya Belovadan başqa Moskva əyalət seçki dairəsi Andrey Vorobyev (“”Yedinaya Rossiya””), Kiril Jiqarev (LDPR), Boris Nadejdin (Partiya Rosta), Konstantin Çeremisov (KPRF) və İqor Çistyuxinin (“”Spravedlivaya Rossiya””) namizədliyini qeydə alıb.
Seçkilər sentyabrın 9-da keçiriləcək.
Yenises.ru“