Moskva Londondan rus təyyarələrinə “hərbi hücum razılığı””məsələsinə aydınlıq gətirməsini istəyir”


Moskva Londondan  rus  təyyarələrinə "hərbi hücum razılığı"məsələsinə  aydınlıq gətirməsini istəyir
Rusiya Böyük Britaniyadan onun təyyarələrini vurma fərziyyəsinə cavab istəyib. Bir halda ki, Rusiya hələlik İraq ərazisində İŞİD-ə qarşı əməliyyatda çıxış etmirsə, bu yayılan xəbərin kökündə nə dayanır? Əvvəldən qarşı alma tədbiri, yoxsa…

Rusiyanın böyük Britaniyadakı səfiri Birləşmiş Krallığın KİV-də gedən İraqdakı rus təyyarələrini vurmaq razılığı verməsi xəbəri ilə bağlı açıqlama tələb edib.

“KİV-dəki məlumatdan narahat olan diplomat Böyük Britaniya XİN-dən təcili bu məsələyə aydınlıq gətirilməsini istəyib. Eyni zamanda, İraq səmasında Böyük Britaniya və Rusiya təyyarələri arasında potensial münaqişə haqqında fərziyyə anlaşılmazdır. Məlumdur ki, rus aviasiyası bu dövlətin ərazisində İŞİD-ə qarşı mübarizədə iştirak etmir””,- deyə səfir Aleksandr Yakovenko qeyd edib.

Bir az əvvəl mediada britaniyalı pilotlara rus təyyarələrinə hücum etmək razılığı verilməsi haqqında məlumat yayılıb.
Bu ərəfədə İraqın ərazisində “”İslam dövləti””nin mövqelərinə zərbə endirmək üçün Rusiyadan yardm istəyə biləcəyi xəbəri də yer alıb. Ölkə parlamenti müdafiə komitəsinin başçısı Bağdadın İŞİD-lə mübarizədə Rusiyanın rolunun artırılmasında maraqlı olduğunu bəyan emişdi.

/Yenises.ru/


Bir cavab yazın