Moskva meri şəhər dumasına seçkilərdə passivliyi normal sayır


Moskva meri şəhər dumasına seçkilərdə passivliyi normal sayır
Dünən Moskva şəhər dumasına seçkilər ötən 25 ildə ilk dəfə səsverməyə gələn seçicilərin passivliyi ilə ilk yadda qalıb. Şəhər dumasına seçkilərdə səsverənlərin bu passivliyini Sobyanın seçkilərin şəffaf keçirilməsiylə bağlayıb və bunu normal sayıb. Seçkilərlə bağlı Vesti.FM radiostansiyasına açıqlamasında seçki məntəqələrinə 21% seçici gəlməsini inzibati vəsaitlərdən istifadə edilməməsi ilə əlaqələndirib.

“Seçicilərin az gəlməsi- seçkilərdə inzibati resurslardan istifadə edilməməsinin göstəricisidir. Müşahidəçilər deyir ki, seçkilər olduqca cansıxıcı keçib. Bu ən gözəl qiymətdir””-deyə merin sözlərindən İnterfaks sitat gətirib.

Sobyanin təsdiq edib ki, müxalifətdən olan namizədlər arasından parlaq simalar üzə çıxıb, “”ulduz olmaq azdır, seçicilərlə danışmaq lazımdır””.

Bazar günü Moskva Dövlət dumasına seçkilər keçirilb. Səsvermədə 20,86% seçici iştirak edib. Bu son 25 ildə paytaxt üçün ən aşağı göstəricidir. .

2009-cu ildə şəhər parlamentinə seçkilərdə 35,26% , 2005-ci ildə -34,75%, 2001-ci ildə 30% moskvalının səs verib. 1997-ci ildə seçkilərə 31% adam qatılıb. Paytaxt dumasına seçkilərdə ən çox seçici sayı 1993-cü ildə qeydə alınıb. O zaman 51% seçici səsverməyə gəlib.

/Yenises.ru/”


Bir cavab yazın