Moskva mertosunu azərbaycanlılar və beloruslar tikəcək


Moskva mertosunu azərbaycanlılar və beloruslar tikəcək
Bu haqda “Vedomosti” qəzeti yazıb. Rusiya şirkətləri həcm və zaman baxımından bunun öhtəsindən gələ bilmirlər.

Paytaxtın yeraltı nəqliyyatının uzadılmasından ötru Rusiyanın bütün inşaatçıları cəlb olunub. Lakin onların gücü yetərli deyil. Bununla əlaqədar olaraq “Mosinjproekt”in bazasında iki birgə şirkət yaradıb-“Moskmetrostroy” və “Evrasstroy”.

“Vedomisti”nin yazdığına görə “Mosmetrostroy” “Minskstroyeksport”a, “Evrasstroy” isə Azərbaycanda qeydiyyatdan keçən – Avro-asiya tikinti şirkəti “Evrascon”a məxsusdur.

“Faktiki olaraq biz bütün MDB ərazisində olan metro inşaatçılarını səfərbər edib birgə müəssisə yaradacağıq”- deyə Moskva merinin səlahiyyətlərini həyata keçirən Marat Xusnullin qəzetin xəbərini təsdiq edib. Məmurun sözlərinə görə yalnız bu vasitə ilə 2021-ci ilə qədər metronun uzadlması ilə bağlı dövlət sifarişini 1,5 dəfə azaltmaq olar. Məmurlar dəfələrlə metro tikintisinə xarici şirkətlərin cəlb edilməsinin vacibliyindən danışmış, bu güclə bu proqramı yerinə yetirməyin mümkün olmayacağını demişdilər.

Metronon uzadlmasına yaxın illər üçün 1 trillyon rubl xərcləmək planlaşdırılır.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın