Moskva “od tutub yanır”, metroda su pulsuz paylanılır
Hədsiz istilərə görəMoskva metrosunda pulsuz içməli su paylanması təşkil edildiyi haqqında Moskva nəqliyyat departamentinin press-relizində bildirilir.
28 iyundan metropolitenin 6 stansiyasında (“Sokol”, “Aeroport”, “Dmitrovskaya”, “Tmiryazevskaya”, “Belyaevo”, “Petrovsko-Razumovskaya” ) 0,5 litrlik qablarda içməli su qoyulub.
Press-relisdə o da qeyd edilir ki, bir neçə stansiyada pulsuz qoyulan suların qanunsuz satışı aşkar edilib.
Moskva nəqliyyat deparatamenti metrodan istifadə edən moskvalılara evdən erkən saatlarda, hava qızmadan çıxmağı tövsiyyə edir.
/Yenises.ru/