Moskva yaxınlığında kişi birlikdə yaşadığı qadının başını kəsdi
Moskva vilayətinin Sergiev-Possad rayonunun Peresvet şəhərində kişi içkinin təsiri ilə birgə yaşadığı qadının başını kəsib. Mk.ru Telegram sosial şəbəkəsində başı kəsilən qadının şəklini paylaşıb. Qəzetin rəsmi saytında verilən məlumatda hadisənin birlikdə içki qəbul etdikdən sonra aralarında yaşanan münaqişə zəminində baş verdiyi bildirilir.
Polsilər qadını öldürən kişini saxlayıblar. Rusiya KİV-nin yaydığı xəbərlərdə qətli törədən kişinin 43 yaşı olduğu deyilir. O hadisəni içkili vəziyyətdə olduğu üçün törətdiyini etiraf edib.
YENİSES.RU