Moskvada 4 ildə ilk dəfə kiçik biznes müəssisələrinin sayı azalıb
2015-ci ildə Moskvada dörd il ərizndə ilk dəfə olaraq kiçik bizneslə məşğul olanların sayı azalıb. Bu haqda Mosqorstat (Moskva şəhər statistikası) məlumatında deyilir.
2015-ci ilin sonuna olan məlumata görə orta bizneslə 771,6 min adam məşğul olub. Bu ondan əvvəlki ilə nisbətən 20 min adam (və ya 2,6%) azdır. Ən çox azalma tikinti biznesi (7 min adam) və ticarət sahəsində (5 min adam) qeydə alınıb.
“Delovaya Rossiya”” ali soveti rəyasət heyətinin üzvü Eduard Gulyan mediaya bildirib ki, Mosqorstat reallığı üç dəfə yumşaq şəkildə göstərir. Təşkilatın müşahidələrinə görə 2015-ci ildə Moskvada orta talonun və kiçik buznes müəssisələrinin azalması 10%-dən az deyil.
“”Böhrana görə qiymətlər qalxsa da, gəlirin azalması 10-15% təşkil edir.- Spirtli içkilərin satışı pulla ifadə etsək 20-30% aşağı düşüb, bir çox sahibkarlar 2016-cı ilin başlanğıcı- yeni il ərəfəsində gözləniləni satış yüksəlişinin olmamasından şikayət ediblər””, -deyə “”Oporı Rossii”” iqtisadi komitəsi Moskva bölməsinin sədri Alkesey Kanevski məlumat verib.
/Yenises.ru/“